Almaniyanın idman naziri:“DÇ-2018 Rusiyada keçirilməməlidir”

🗓 24.07.2014 09:54 ✍️ "Elçi" qəzeti

Almaniyanın idman naziri Peter Bayt 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya birinciliyinin ləğv155dd6a0ed40f298c7146a825956c0df edilməsini bildirib.

 Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda xəbəri “Bild” yayıb.

 “Putin 298 nəfərin həyatdan köçməsinə səbəb olmuş təyyarə qəzası ilə bağlı araşdırma aparmayanadək dünya çempionatı kimi möhtəşəm tədbirin Rusiyada keçirilməsi mümkün deyil”-deyə, nazir söyləyib.

 Bir müddət öncə Hollandiya millisinin keçmiş baş məşqçisi Con van’t Sxip Rusiyada keçiriləcək yarışı boykot etməyə çağırmışdı.

Xatırladaq ki, dünya birinciliyi 2018-ci ilin  iyunun 8-dən iyulun 8-dək Rusiyada keçirilməlidir.

Bənzər yazılar