Almaniyanın dövlət borcu keçən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Elchi.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı aparıcı məlumatlara görə, ölkənin qeyri-dövlət qurumlarına ümumi dövlət borcu, o cümlədən federal, əyalət, sosial təminat fondları, bələdiyyə və bələdiyyə birlikləri səviyyəsində bütün əsas və əlavə büdcələr artıb.
Keçən il 46,1 milyard avro artıb. Borc 2021-ci ilin sonu ilə müqayisədə 2 faiz artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Destatis artımın əsas səbəbi kimi “yeni koronavirus (COVID-19) böhranının mənfi təsirlərinə qarşı və mövcud enerji böhranında maliyyə ehtiyaclarını” göstərib. Beləliklə, 3 illik epidemiya və Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranından sonra Almaniya rekord səviyyədə borcla üzləşib.
Adambaşına düşən dövlət borcu 27 906 avrodan 28 155 avroya yüksəlib.
Sözügedən dövr ərzində federal dövlət borcu 71,9 milyard avro artaraq 1 trilyon 620,4 milyard avroya çatıb.
Dövlətlərin borcu 5 faiz (31,7 milyard avro) azalaraq 606,8 milyard avroya çatdığı halda, bələdiyyələrin və bələdiyyə birliklərinin borcu 4,4 faiz artaraq 140,1 milyard avroya çatıb.
Şayəstə