Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın bu il dekabrın 31-dək ölkənin Hamburq, Frankfurt-Mayndə, Münhen və Leypsiqdəki baş konsulluqlarının bağlanması tələbinə münasibət bildirib. Eyni zamanda Almaniya Rusiyadakı konsulluğunu azaltmaq qərarına gəlib.
Elchi.az-ın Smotrim.ru-ya istinadən xəbərinə görə, Smolenskaya meydanında Berlinin hərəkətlərini iki dövlət arasında münasibətləri daha da pozmağa yönəlmiş növbəti qeyri-dost addım kimi qiymətləndirdikləri qeyd edilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Almaniya tərəfi son vaxtlar uydurma bəhanələrlə rusiyalı diplomatların kütləvi şəkildə ölkədən çıxarılmasına başlayıb.
Diplomatik departamentin vurğuladığı kimi, Rusiya Berlinin daim artırdığı eskalasiyaya görə özünü günahdan azad etmək cəhdlərini rədd edir. İkitərəfli münasibətlərin korlanmasına görə bütün məsuliyyət Almaniyanın üzərinə düşür.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edir ki, düşünülməmiş təxribatçı hərəkətlər, Almaniyanın “dostcasına” addımı cavabsız qalmayacaq.
Yeganə
Həmçinin oxuyun: