"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Almaniyada Xocalı soyqırımına həsr olunmuş ənənəvi simpozium keçirilib

25 Fevral 2022 - 16:59
in GÜNDƏM
FacebookVatsap

Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş növbəti, sayca 10-cu “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda simpozium keçirilib.

Bunu da oxuyun

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

Səfirlikdən verilən xəbərə görə, tədbir pandemiya səbəbindən mövcud olan məhdudiyyətlərlə əlaqədar onlayn formatda baş tutub.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açıb. O, Xocalı qətliamı və Ermənistanın işğalının səbəb olduğu digər nəticələrdən danışıb, hazırki post-münaqişə vəziyyətinin sülh üçün ümidlər yaratdığını qeyd edib.

Daha sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbir iştirakçılarına Xocalı soyqırımı haqda ətraflı məlumat verib, bunu insanlığa qarşı cinayət adlandırıb. Qeyd edib ki, Xocalı soyqırımına görə cəzasız qalmasından ruhlanan Ermənistan Azərbaycan xalqına qarşı qətliam və cinayətlərini davam etdirib, o cümlədən 44 günlük müharibə dövründə Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində mülki obyektlərə ballistik raketlərlə zərbə endirib. O, belə cinayətlərin təkrarlanmaması üçün beynəlxalq birliyin buna qarşı qətiyyətli mübarizə aparması və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.

Səfir həmçinin regionda post-münaqişə dövründə gedən proseslər, əldə edilmiş irəliləyişlər barədə ətraflı məlumat verib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən davamlı sülh və regional əməkdaşlıq üçün yaranmış imkanları, eləcədə bunun üçün mövcud olan çağırışları qeyd edib, Azərbaycanın post-münaqişə dövrünə dair baxışlarını açıqlayıb. Ramin Həsənov Ermənistanın hərbi təcavüzünün, eləcə də Xocalı soyqırımının yaralarının hələ sağalmamasına baxmayaraq, Azərbaycanın Ermənistanla artıq müxtəlif beynəlxalq formatlarda əməkdaşlıq etməsi, münaqişənin başa çatmasından bəri iki dövlətin siyasi liderləri arasında 5 fiziki və onlayn görüşün baş tutması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin Ermənistanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etməsini vurğulayıb. Diplomat həmçinin beynəlxalq birliyin, o cümlədən Almaniyanın işğaldan azad edilmiş ərazilərimizdə gedən yenidənqurma və regionda davamlı sülhün qurulması proseslərinə mümkün töhfələrindən danışıb.

Daha sonra tədbir Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdaninin moderatorluğu ilə panel müzakirələri ilə davam edib.

Panelin ilk iştirakçısı, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Xocalı qətliamına toxunaraq, dünyada belə faciələrin baş verməsinin yolverilməzliyini vurğulayıb. Deputat bu günlərdə baş verənlərin fonunda beynəlxalq hüquqa əməl edilməsi və onun bütün dünya dövlətləri tərəfindən müdafiə edilməsinin əhəmiyyətini qeyd edib. O, Ukrayna misalında separatçılığın bütün Avropanın təhlükəsizliyi üçün yaratdığı böhrandan danışıb və Azərbaycanın heç zaman öz ərazisində separatçılığa yol verməyəcəyini vurğulayıb.

Deputat həmçinin ölkəmizin regionda davamlı sülh üçün iradə nümayiş etdirdiyini qeyd edib və Avropa İttifaqını özünün təcrübəsi və imkanlarından istifadə etməklə sülhün təşviqi üçün daha fəal olmağa çağırıb. Nurlan Həsənov eləcə də Milli Məclisin bu istiqamətdə həyata keçirdiyi parlamentar əməkdaşlıqdan bəhs edib və Bundestaqın hələ formalaşmaqda olan Almaniya-Cənubi Qafqaz parlament qrupu ilə sıx əməkdaşlıq edəcəklərinə ümidini ifadə edib.

Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə mütəxəssisi, prof. Hans-Yoaxim Hayntse Ermənistan-Azərbaycan misalında münaqişə və post-münaqişə dövründə təbii ehtiyatlarla davranışa dair beynəlxalq hüququn tələbləri barədə məruzə ilə çıxış edib. O, Ermənistanın işğalı dövründə Azərbaycanın təbii ehtiyatlarının qanunsuz şəkildə istismar edilməsinin yaratdığı hüquqi məsuliyyətdən danışıb, belə fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozuntusu adlandırıb.

Alman türkoloqu, Qarabağ bölgəsinin tarixi üzrə mütəxəssis Mixael Hess Xocalı qətliamını Qarabağda yaşamış azərbaycanlıların faciəsi kimi dəyərləndirib. Qarabağ bölgəsinin mədəniyyət tarixindən danışan alim bölgənin tarixən dinc birgəyaşayışın nümunəsi olduğunu bildirib və burada yaşamış erməni əsilli şəxslərə yerli əhali tərəfindən tolerant yanaşmanı nümayiş etdirən misallar gətirib. Hess bu xüsusda münaqişə zamanı azərbaycanlılara və bölgənin tarixi-mədəni irsinə qarşı ermənilər tərəfindən xüsusi amansızlıq nümayiş etdirilməsininin heç nə ilə izah oluna bilmədiyini vurğulayıb.

Panelin sonuncu iştirakçısı, 2021-ci ildə ADA Universitetinin qonaq elmi tədqiqatçısı olmuş, Şərqi Avropa və Cənubi Qafqaz üzrə mütəxəssis Urs Unkauf Xocalıda azərbaycanlı əhaliyə qarşı erməni qüvvələri tərəfindən həyata keçirilən amansız qətliamın qurbanlarının anılmasının həm də sülhə və dinc gələcəyə çağırış olduğunu bildirib. O həmçinin post-münaqişə dövrünün geosiyasi reallıqları və Azərbaycanın uğurlu müstəqil siyasəti barədə məlumat verib, ölkəmizin davamlı sülhün təşəkkül tapması üçün konstruktivlik nümayiş etdirməsinə dair faktları göstərib. Natiq həmçinin ADA Universitetinin qonaq elmi tədqiqatçısı qismində işğaldan azad edilmiş ərazilərə səfərindən təəssüratlarını bölüşüb, müşahidə etdiyi yenidənqurma işlərindən bəhs edib.

Onlayn tədbirdə Almaniyanın Xarici İşlər Nazirliyinin, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Ramin Həsənov
Xocalı soyqırımının ildönümünə həsr olunmuş simpozium
Previous Post

Almaniyada Xocalı soyqırımına həsr olunmuş ənənəvi simpozium keçirilib

Next Post

İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

Bənzər yazılar

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Elchi.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı...

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatıb. Elchi.az xəbər verir ki, Azərbaycanın xarici...

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub. Elchi.az xəbər...

Next Post
İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub

Son xəbərlər

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 - 10:02
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

16 Oktyabr 2026 - 09:54
Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

Qüdrət Həsənquliyev mətbuat nümayəndələrini təbrik edib

16 Oktyabr 2026 - 09:46
Dünya bazarlarında neftin qiyməti azalır

Dünya bazarlarında neftin qiyməti azalır

16 Oktyabr 2026 - 09:29
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 Oktyabr 2026 - 09:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.