Almaniyada anti-islamizmi ilə tanınan ifrat sağçı AfD partiyası Saksoniya əyalətində tələbələrə hicab qadağası tətbiq etmək üçün qanun layihəsi hazırlayıb.
Elchi.az xəbər verir ki, bu barədə İfrat sağçı Alternativ für Deutschland (AfD) partiyası Almaniyanın Saksoniya əyalətində məktəb və uşaq bağçalarında hicabın qadağan edilməsini tələb edib.
Çərşənbə axşamı mövzu ilə bağlı qanun layihəsi təqdim edən siyasətçi Doreen Schwietzer, əcnəbilərin ölkəyə uyğunlaşmalı olduqlarını söylədi.
AfD siyasətçisi bildirib ki, tələbələrin dərslərdə papaq və ya digər oxşar baş geyimləri taxmaması nəzakətdir.
“Ölkəmizə gələnlər bu qaydaya əməl etməlidir” deyən alman siyasətçi bu qaydaya rəğmən hicab taxmağın “inteqrasiyaya qarşı çıxmaq” anlamına gəldiyini bildirib.
Şayəstə