Almaniyada sinaqoqa bitişik binaya atəş açılıb

44

Almaniyanın Essen şəhərinin mərkəzində sinaqoqla bitişik binaya silahla atəş açıldığı bildirilib.
xəbər verir ki, bu barədə Almaniyanın DPA Xəbər Agentliyinin hadisə yerindəki polis sözçüsünə istinadən verdiyi xəbərdə sinaqoqun yanındakı “Rabbierhaus” adlanan binaya ən azı 4 atəş açıldığı bildirilib.
Elchi.az xəbərdə güllələrin sözügedən binanın şüşəli giriş qapısına dəydiyi, qapının şüşəsi və çərçivəsinin zədələndiyi bildirilib.
Xəbərlərdə vurğulanıb ki, hadisəni törədənlər hələlik məlum deyil.
Essen polisindən verilən açıqlamada hadisə yerində polis itləri ilə axtarış aparıldığı, xəsarət alan olmadığı və ictimaiyyət üçün təhlükə olmadığı paylaşılıb.
Açıqlamada bir nəfərin gülləbaran etməsi ilə bağlı videogörüntülərin onlara daxil olduğu, lakin görüntü keyfiyyətinin aşağı olması səbəbindən dəqiq məlumat verilmədiyi bildirilib.
Hadisə yerinə Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reul də gəlib.
Sinaqoqa edilən hücumun onu dərindən sarsıtdığını bildirən Reul, yəhudi icmasının cinayətkarın ən qısa zamanda tapılması üçün hər şeyin ediləcəyinə inana biləcəyini söylədi.
Reul hadisə ilə bağlı bir şəxsin axtarıldığını və polisin araşdırma apardığını qeyd edib.
Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vüst də Twitter səhifəsində sinaqoqda baş verən atışmadan dəhşətə gəldiyini paylaşıb.
“Biz Şimali Reyn-Vestfaliyadakı yəhudilərin yanındayıq və onları nifrət və zorakılığa qarşı qoruyuruq”, – Vüst paylaşıb. ifadəsini işlətdi.

Şayəstə