Almaniyada dərman qıtlığı uzun müddət davam edə bilər

55

Almaniyada bir çox dərmanların tədarük problemi ölkə daxilində aptekləri çətin vəziyyətə salmağa davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Türklərin sıx yaşadığı Berlinin Neukölln rayonunda çalışan əczaçı Meryem Coşkun ölkə daxilində bir çox dərmanda tədarük çatışmazlığı ilə bağlı açıqlamalar verib.
Coşqun, “Son aylar, xüsusilə 3-4 aydır ki, dərman təminatında böyük çətinliklər yaşayırıq. Antibiotik, ağrıkəsici, qızdırma salan, uşaq antibiotikləri, mədə qoruyucuları kimi dərmanların tədarükündə böyük problem var. Düşünürəm ki, dərman qıtlığı hələ uzun müddət davam edəcək” ifadəsini işlətdi.

Şayəstə