Malayziyanın COVID-19 epidemiyasından sonra işçi qüvvəsinə olan ehtiyaclarını ödəmək üçün təxminən 1 milyon əcnəbi işçiyə ehtiyacı olduğu bildirilir.
Elchi.az xəbər verir ki, bu barədə Məşğulluq Agentlikləri Assosiasiyası (Papa) ölkədə məşğulluq məlumatları ilə bağlı hesabat dərc edib.
Assosiasiyanın prezidenti Datuk Foo Yong Hooi Malayziyada müxtəlif sektorlarda işçi qüvvəsinə ehtiyacın kritik səviyyədə olduğuna diqqət çəkərək, ölkənin təxminən 1 milyon əcnəbi işçiyə ehtiyacı olduğunu qeyd edib.
Tikinti, kənd təsərrüfatı, istehsal və xidmət sektorlarının işçi qüvvəsinə ehtiyacı olan sahələr arasında olduğunu ifadə edən Foo, 2020-ci ildə təxminən 2,2 milyon olan qeydiyyatdan keçmiş xarici işçilərin sayının COVID-19 səbəbiylə təxminən 900 minə düşdüyünü ifadə etdi.
Foo, tikinti sektorunun təxminən 300 min, kənd təsərrüfatı sektorunun 230 min, istehsal sektorunun 100 ilə 200 min arasında ehtiyac olduğunu ifadə etdi.
Xarici işçi problemini həll etmək üçün Malayziyanın daxili işlər naziri Datuk Seri Saifuddin Nasution İsmail və bəzi nazirlərlə görüşəcəklərini ifadə edən Foo, hökumətin xarici işçilər üçün vizaları asanlaşdırması lazım olduğunu vurğuladı.
Digər tərəfdən, daxili işlər naziri dekabrın 9-da verdiyi açıqlamada ölkədə müvəqqəti işçi vizası ilə 1,4 milyon əcnəbi işçinin olduğunu bildirib.
Şayəstə