Almaniyada bir-biri ilə qohum olan 4 nəfər ölü tapıldı

53

Almaniyanın Münhen yaxınlığındakı Veylheim qəsəbəsində bir-biri ilə qohumluq əlaqəsi olan 4 nəfərin ölü tapıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Polis dünən baş verən hadisədə ölən qadınlardan ikisinin evlərində, birinin evin bağçasında, digər kişinin isə 2,5 kilometr uzaqlıqdakı parkda tapıldığını açıqlayıb.
Alman mediası da ölənlərin iki bacı və onların əri olduğu barədə məlumat yayıb.
Polis, 60 yaşlı kişinin daha üç nəfəri öldürdükdən sonra intihar etdiyi ehtimalı ilə hərəkət etdiyini bildirdi.
Polis sözçüsü Alexander Huber, ölən qadınlarda güllə yarasının olmadığını, ölüm səbəbinin yarılma nəticəsində müəyyən ediləcəyini bildirib.
Münhen prokurorluğunun hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığı açıqlanıb.

Şayəstə