Almaniya Ukraynaya Marder tipli 40 zirehli döyüş maşını tədarük edəcək

57

Almaniyanın Ukraynaya 40-a yaxın Marder tipli zirehli döyüş maşını göndərəcəyi və lazımi hərbi təlimlərin bu ölkədə veriləcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Steffen Hebestreit, paytaxt Berlində etdiyi şərhdə, “Ukraynaya bir batalyon, təxminən 40 Marder tipli zirehli döyüş maşını göndəriləcək. Bu vasitələrin istifadəsi üçün lazım olan 8 həftəlik təlim ölkəmizdə veriləcək” dedi.
Hebestreit, Marderlərin mart ayının sonuna qədər çatdırılmasının planlaşdırıldığını vurğuladı.
Alman sözçüsü bir Patriot zenit-raket batareyası üçün lazımi təlimin Almaniyada veriləcəyini bildirsə də, Patriotun nə vaxt və hansı ölkə vasitəsilə göndəriləcəyini qiymətləndirməkdən imtina edib.
Almaniya kansleri Olaf Şolz və ABŞ prezidenti Co Bayden dünən birgə yazılı açıqlama verərək, Ukraynaya zirehli döyüş maşınları və Patriot göndərməyə qərar verdiklərini açıqlayıblar.

Şayəstə