Almaniya Ukraynaya ikinci “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərini çatdırıb.
Elchi.az xəbər verir ki, Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, Ukraynaya vəd edilən yeni hərbi yardım paketi çərçivəsində ikinci “Patriot” zenit-raket kompleksi və sursat çatdırılıb.
Almaniya 9 ədəd Bandvagn 206 tırtıllı relyef maşını ilə yanaşı, Ukraynaya 7 min 390 ədəd 155 mm-lik artilleriya sursatı və 8 ədəd Mercedes-Benz Zetros yük maşını da çatdırıb.
Yük maşınlarından başqa, Ukraynaya 5 8×8 yük maşını və 4 avtobus da gəlib.
Bildirilib ki, Almaniya hökuməti 2023-cü ildə Ukraynaya 5,4 milyard avro dəyərində silah və hərbi texnikanın göndərilməsini təsdiqləyib.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna-Rusiya müharibəsinin ikinci qışında Almaniya hökuməti Kiyevə 6,1 milyon avro dəyərində generatorlar, qızdırıcılar və digər avadanlıqlar göndərəcək.
Şayəstə Hüseynova