Almaniya “Gepard” zenit sistemlərinin Ukraynaya çatdırılmasına rəsmi şəkildə razılıq verəcək.
DW xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib.
Müdafiə naziri Lambrext Almaniyanın “Gepard” özüyeriyən zenit qurğusu Ukraynaya çatdırılmasına icazə verəcəyini təsdiqləyib.
Bildirilir ki, o, bu barədə bu gün Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək Ukraynanın Təhlükəsizliyi ilə bağlı Məsləhətçi Qrupun iclasında bəyan edəcək.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...