Ukrayna Silahlı Qüvvələri kritik sursat çatışmazlığı səbəbindən əraziləri tərk etməyə məcburdur. Elchi.az “Welt” ə istinadən xəbər verir ki, Ukrayna hərbçilərinin ümidsiz addımı Almaniyada qorxu və panikaya səbəb olub.
Jurnalist Stefan Schvarzkopf bildirib ki, Ukrayna hərbçiləri silah və sursat çatışmazlığı səbəbindən ərazini tərk edir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hansı bölgəni qoruyacağını, hansı şəhəri və ya qəsəbəni tərk edəcəyini seçməlidir. Jurnalist belə bir vəziyyətin panika və qorxu yaratdığını gizlətmədən bu vəziyyəti dram adlandırıb.
Şvarskopf əlavə edib ki, Rusiya ordusu sistemli şəkildə irəliləyir və Avdeevkada nümayiş etdirilən texnikada üstünlüyə malikdir.
Havar Şəfiyeva