Bu gün əksəriyyəti kürdlərdən ibarət olan 20 mindən çox insan Düsseldorfda İŞİD-ə qarşı nümayişə çıxdıqdan sonra Almaniya Xarici İşlər naziri Frank-Valter Ştyanmayer bildirib ki, Almaniya Türkiyə və İranı İŞİD-ə qarşı döyüşməyə razı salmağa çalışır.
Axar.az bildirir ki, Frank-Valter Ştyanmayer “Tagesspiegel” qəzetinə verdiyi intervüdə bu barədə məlumat verib. Onun sözlərinə görə, Almaniya Türkiyə və İranı İŞİD terror qrulaşmasına qarşı mübarizəyə qalxmağa çağırıb:
“Biz ərəb ölkələrini, Türkiyə və İranı İŞİD-ə qarşı mübarizədə birgə güclərin zəruriliyinə inandırmğa çalışırıq”.
Nazir xüsusi olaraq vurğulayıb ki, biz təkidlə Ankaranı “bütün gücü ilə” hərbi əməliyyatlara çağırırıq.
Qeyd edək ki, bu güm Düsseldorfdakı yürüşlərdən əvvəl ötən həftə Hamburq və Selledə də nümayişlər olmuşdu. Bu nümayişlər kürdlər və radikal islamçılar arasında amansız qarşıdurmaya gətirib çıxarmışdı.
BMT nümayəndəsinin sözlərinə görə, Suriyanın Kobani şəhərindəki minlərlə kürd, çox böyük ehtimalla, şəhərin İŞİD nəzarətinə keçməsindən sonra qətlə yetiriləcək. Hazırda Kobani türk tanklarının tam müşahidəsi altındadır. Lakin Türkiyə tərəfi islamçılara qarşı hələ ki, heç bir əməliyyat həyata keçirməyib.