Almaniya Serbiya və Kosovo arasında dialoqun dəstəklənməsini istəyir

56

Almaniya hökumətinin mətbuat katibinin müavini Kristian Hofman Serbiya və Kosovo arasında dialoqun dəstəklənməsinin vacib olduğunu deyib.
Elchi.az xəbər verir ki, bu barədə Berlində çıxış edən Hoffmann Almaniya hökumətinin Kosovo və Serbiya arasında vəziyyətin gərginliyinin azalmasından məmnun olduğunu bildirib və əlavə edib ki, bu, iki tərəfin bir-birinə yaxınlaşmasının yaxşı əlamətidir.
Kosovonun şimalındakı serb azlığın küçələrdəki barrikadaları qaldırdığını və Kosovonun Serbiyaya sərhəd qapısını açdığını qeyd edən Hoffmann, “İndi isə ilk növbədə Kosovo ilə Serbiya arasında dialoqun dəstəklənməsi vacibdir. ” dedi.
Kristian Hofman qeyd edib ki, Almaniya bu dialoqu və Avropa İttifaqının (Aİ) vasitəçilik səylərini dəstəkləyir.

Yeganə