"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir”

02 Yanvar 2023 - 23:46
in Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ölkədə qanunun aliliyini yalnız müstəqil və güclü məhkəmə hakimiyyəti təmin edə bilər”

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

– Qüdrət bəy, ölkəmiz üçün 2022-ci ilin ən əlamətdar hadisəsi nəyi hesab edirsiniz?

– Naxçıvanın Azərbaycanın yurisdiksiyasına qaytarılmasını və yerli sakinlərin azadlığını.

– 2023-cü ildən gözləntiləriniz nədir?

– Ümid edirəm, 2023-cü ildə vəziyyət bütün istiqamətlərdə yaxşıya doğru inkişaf edəcək. Böyük uğurlara da imza ata bilərik, amma bu, regiondakı geosiyasi vəziyyətdən asılı olacaq.

– Böyük uğular deyəndə nələri nəzərdə tutursunuz?

– Birincisi, Qarabağda dövlət suverenliyinin və ərazi bütövlüyümüzün tam bərpa edilməsini. İkincisi, dövlət quruculuğu və iqtisadi sahədə ciddi islahatların həyata keçirilməsini.

– Geosiyasi vəziyyət islahatların həyata keçirilməsinə nədə mane olur?

– Xatırlayırsınızsa, bir dəfə İlham Əliyev çıxışlarının birində demişdi ki, hərdən düşünürəm ki, bəlkə bir az yavaşlayaq. O zaman çoxları öz ağıllarına, bəziləri isə öz mövqelərinə uyğun bu açıqlamanı şərh etməyə başladı. Əgər bizim ərazi bütövlüyümüzlə bağlı problemimiz varsa və islahatlar Qarabağın hüquqi baxımdan da bizdən qoparılmasına, ölkə daxilində xaosa, siyasi qarşıdurmalara yol aça bilərsə, deməli, bir az tələsməmək başa düşüləndi. Gürcüstan, Ukrayna və Ermənistan nümunələri göz önündədir. O da nəzərə alınmalıdır ki, biz müsəlman ölkəsiyik. Qərb bu ölkələri müdafiə etdiyi kimi bizi müdafiə etmir və etməyəcək, ərazi bütövlüyümüzün bərpasında da maraqlı deyil.

– Əlverişli şərait yaranarsa, islahatlar istiqamətində ilk növbədə hansı addımlar atılmalıdır?

– İlk növbədə dövlətin idarə olunmasında hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir. Dövlət idarəetməsində “checks and balances” adlanan bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hakimiyyətin qanadları (qanunverici, icra və məhkəmə) qarşılıqlı nəzarət və balanslaşdırma əsasında fəaliyyət göstərirlər. Bizdə parlamentin hökumət üzərində nəzarəti yoxdur. 2002-ci ildə “Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanunu qəbul etmişik, amma qanunla müəyyən edilmir ki, Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq göstərsə bu hansı hüquqi nəticə doğurur. Yaxud, məhkəmələrin özünüidarə orqanı olan Məhkəmə Hüquq Şurasının (MHŞ) başında hökumətin üzvü, ədliyyə naziri dayanır. O isə təqribən bir il öncə mətbuata verdiyi açıqlamada bildirmişdi ki, MHŞ fəaliyyəti dövründə 13 hakimi vəzifəsindən kənarlaşdırıb, 104 hakimə isə töhmət verilib. Bu rəqəmlər 2022-ci ildə bir qədər də böyüyüb. Sanki uşaq tərbiyə edirlər. Bu gün mövcud qanunvericiliyə görə, prezident ağır cinayət törətdikdə impiçment qaydasında vəzifəsindən kənarlaşdırıla bilər. Bu prosesdə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Milli Məclis iştirak edir. Hakimiyyətin digər qanadlarının təmsilçilərini isə intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olar. Müqayisə üçün bir misal çəkim: Məsələn, ABŞ-da federal hakimlər Senatın razılığı ilə Prezident tərəfindən ömürlük hakim vəzifəsinə təyin olunur. Onlar impiçment qaydasında vəzifələrindən kənarlaşdırıla bilər. Əvvəl Nümayəndələr palatası qərar qəbul etməli və həmin qərar Senatda 2/3 ( üçdə iki ) səs çoxluğu ilə təsdiq olunmalıdır. Onların maliyyə müstəqilliyi üçün aldığı maaş isə ayda 20 min dollardan çoxdur. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm: ABŞ-da 200 ildən artıq zaman kəsiyində cəmi 7 hakim impiçment qaydasında vəzifəsindən kənarlaşdırılıb.

Ölkədə qanunun aliliyini yalnız müstəqil və güclü məhkəmə hakimiyyəti təmin edə bilər. Güclü məhkəmə hakimiyyətinin olmadığı ölkələrə xarici investorlar böyük məbləğdə maliyyə yatırmırlar və mülkiyyətə təminat olmadığı üçün yerli iş adamları valyutanı ölkədən müxtəlif yollarla çıxarırlar.

İkinci istiqamət iqtisadi islahatlardır. Bu gün vergi və gömük orqanlarında şəffaflıq artırılıb, inzibatçılıq təkmilləşdirilib. Bu səbəbdən, büdcə daxilolmaları artıb. 2023-cü ildə 30.72 milyardlıq büdcə gəlirlərinin 6.4 milyar manatını mənfəət vergisi kimi hüquqi şəxslər ödəcəyək. Amma dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrinin (istehsal və xidmət sahəsində fəaliyyət göstərən dövlət müəssiələrinin) birlikdə nə qədər mənfəət vergisi ödəməsi büdcə zərfində birbaşa göstərilmir. Çünki onlar ya rentabelli deyillər, ya da az gəlirlə işləyirlər. Bir çox dövlət müəssisələrinin borcu büdcə vəsaitləri hesabına qaytarılır, onlar müxtəlif vergi və rüsumlardan azad olunurlar. Bəzən kömək məqsədilə onlara, hətta dövlət büdcəsindən də vəsait ayrılır. Vəziyyəti dəyişmək üçün həmin müəssiələri özəlləşdirib ədalətli rəqabət mühitinə əsaslanan bazar iqtisadiyyatına keçid təmin edilməlidir. İqtisadi inkişaf naziri hakimiyyət daxilindəki nüfuzundan istifadə edib Prezidenti həm buna, həm də məhkəmə islahatlarına inandırmalıdır. Məhkəmə islahatları aparılmadan iqtisadi sahədəki istənilən təşəbbüs ciddi nəticələr verməyəcək. Mikayıl Cabbarov savadlı hüquqşünas kimi bunu bilməmiş deyil. Mən “İqtisadi məhkəmələrin” adının dəyişdirilib “kommersiya məhkəməsi” qoyulması, yaxud 3 illik sınaq müddəti başa çatan təcrübəsiz hakimlərin yuxarı instansiya məhkəmələrinə hakim təyin edilməsini “məhkəmə islahatları” kimi təqdim etməkdən danışmıram.

Yeri gəlmişkən, 10 milyon insanın qeydiyyatda olduğu ölkədə 1 milyon 200 min məhkəmə qərarı bir il ərzində icraya yönəldilirsə və latent cinayətkarlığı (yəni mövcud olub qeydə alınmayan) da nəzərə alsaq deməli, ölkəmizdə qanunçuluğun vəziyyəti ürəkaçan deyil. Bu barədə də ciddi müzakirələrin açılmasına ehtiyac var.

– İqtidar belə bir islahatları həyata keçirə bilərmi?

– Geosiyasi reallıqlar imkan versə və siyasi iradə olarsa, bu mümkündür. İslahatların gözlənilən nəticələri verməsi üçün bir neçə amil vacibdir. İqtisadi baza, xalqın qismən də olsa islahatlara hazır olması və sabitliyi təmin edə biləcək güclü iqtidar olmalıdır. Şükür Allaha ki, bizdə bunların hamısı var.

 

Previous Post

“Hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir”

Next Post

DƏHŞƏTLİ HADİSƏ: Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Next Post
DƏHŞƏTLİ HADİSƏ: Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

DƏHŞƏTLİ HADİSƏ: Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

DƏHŞƏTLİ HADİSƏ: Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

DƏHŞƏTLİ HADİSƏ: Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.