Almaniyadakı ukraynalı qaçqınların sayı 300 mindən çox azalıb. Elchi.az xəbər verir ki, bu barədə “AFP” Almaniyadakı əcnəbilərin mərkəzi reyestrinə istinadən məlumat yayıb.
Hazırda Almaniyada Ukraynadan olan 1,13 milyon qaçqının olduğu bildirilir. Eyni zamanda, 2022-ci ilin fevralından 2024-cü ilin yanvar ayının ortalarına qədər Almaniyaya gələn 307 min nəfər ölkəni tərk etdiyi və ya dünyasını dəyişdiyi üçün reyestrdə yer almayıb.
Qeyd olunur ki, 2022-ci ildən etibarən əmək qabiliyyətli ukraynalıların yalnız 21 faizi iş tapıb, Danimarka və Hollandiyada isə iş tapan qaçqınların payı xeyli çoxdur. Mediendienst Integration portalı Federal Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, yanvarda 206 minə yaxın ukraynalı işsiz kimi qeydiyyata alınıb ki, bu da dekabr ayı ilə müqayisədə 4,5 faiz çoxdur.
Havar Şəfiyeva