"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Almaniya niyə belə etdi?

04 İyun 2016 - 13:18
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Almaniya niyə belə etdi?

 
Almaniyanın da qondarma “erməni genosi”dini tanıması gerçəkdən hamını gərgin bir duruma gətirib çıxardı. Məsələ bundadır ki, bilmirəm hansısa səbəbdən, həmişə Almaniya ilə Türkiyə arasında daha ilıq münasibətlərin olduğu zənn edilib. Hətta on illər bundan əvvəl ölkə işçi qüvvəsinə ehtiyac duyarkən başqa birisini deyil, məhz Türkiyəni seçmiş və ona müraciət etmişdi. Almaniyadakı böyük türk diasporu da demək olar ki, bu prosesdən sonra sürətlə formalaşmağa başladı…
Üstəlik, indi Almaniya da, bütövlükdə Avropa da müəyyən səbəblərdən Türkiyədən asılı vəziyyətdədir. Yox, bu, indiki mütəhərrik, amorf soyuq müharibə ilə şərtlənmir.
Elə bəlkə də bu gün baş verənlərin bir səbəbi də budur ki, daha Atlantika Blokunda birinci soyuq müharibə dövründə və ya bundan bir azacıq sonra olduğu kimi monolitlik, yekdillik yoxdur. Bu gün Avropa özünü Türkiyəsiz də güclü hesab edir. Blokda Türkiyəyə bir vaxtlar olduğu kimi, yenə də hiss olunacaq dərəcədə önəm verən ABŞ-dır. Onu da buna daha çox Avropada tarazlığı saxlamaq istəyi vadar edir. İki ölkə arasında kürd məsələsilə, eləcə də Yaxın Şərqin digər problemlərilə bağlı müəyyən fikir ayrılıqları olmasına baxmayaraq, ABŞ əvvəlki soyuq müharibə dövründə olduğu kimi, yenə də Türkiyə ilə sıcaq münasibətlər saxlamağa cəhd edir. Bir daha deyirik ki, bu, ona NATO-nun içində bəzi Avropa ölkələrini balanslaşdırmaq üçün lazımdır….
Bəs onda Avropanın Türkiyəyə bu günkü ehtiyacı hansı amillə şərtlənirdi? Birmənalı şəkildə demək olar ki, bu, Suriya və daha çox da suriyalı qaçqınlar problemidir. Cəmi bir neçə ay bundan öncə Avropa, o cümlədən də elə Almaniya buna görə Türkiyəyə minnətçi düşmüşdü. Bu konteksdə Avropanın Türkiyəyə maliyyə yardımı edəcəyi, vizasız gediş -gəliş tətbiq edəcəyi haqqında söhbətlər oldu ki, bunu da hamı çox yaxşı bilir. Bu gün Türkiyə faktiki olaraq Avropa ilə Suriya arasında bir sipərdir. Nədən Almaniya bunu nəzərə almadı? Nədən bu ölkə qondarma “erməni genosidi”ni tanıyanların sırasına qoşuldu?..
Birmənalı şəkildə demək çətindir. Aydın olanı budur ki, Avropaya güclü Türkiyə lazım deyil. Bunu duymaq üçün dərin politoloji dəlillərə ehtiyac yox, hər şey göz önündədir.
Həm də dünya o qədər ziddiyyətli, o qədər təzadlıdır ki, istənilən baxışı, yanaşmanı “əsaslandırmaq” və ona “bəraət” qazandırmaq mümkündür. Avropalıların dediyi odur ki, guya, onlar indi insan haqlarına və xüsusən də azlıqların haqlarına əvvəlkindən daha sayğılıdırlar. Almaniya özü yəhudi soyqırımının törədicidir. Bunu da hamı çox yaxşı bilir. Məhz bundan çıxış edərək bəzi alman fikir adamları deyirlər ki, biz öz suçumuzu etiraf edirik, niyə bunu Türkiyə etməsin? Di gəl, elə məsələ də ondadır ki, erməni və yəhudi soyqırımları arasındakı oxşarlıq, yaxınlıq miflə reallıq arasındakı, yalanla doğru arasındakı oxşarlıq, nağılla gerçəklik arasındakı bənzərlik kimidir…
Həm də, bilirsiniz, problem nədədir? Bəzən dünya siyasətində məntiq axtarmaq müşkül məsələdir. Uzağa getməyəcəm. Elə Azərbaycanla bağlı bir detalı qeyd edəcəm. A.Merkel ona görə xoşuma gəlmişdi ki, ilk dəfə olaraq Qarabağ münaqişəsində Rusiyanın roluna incə işarə etmişdi və bir daha deyiriəm ki, bu, bizə çox xoş təsir bağışlamışdı. Ona görə ki, bu işarə belə on illərlə dilə gətirilməyən həqiqəti səsləndirmək baxımından çox önəmli idi. Amma bundan sonra, özü də dərhal sonra nə baş verdi?
Almaniya parlamenti Azərbaycanda dini azlıqların hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi! Təsəvvür edursinizmi? Guya ki, Azərbaycanda dini haqlar və hüquqlar pozulur!…
Bundan sonra mən bir daha dünya siyasətində ciddi məntiq axtarmaqdan tamam vaz keçdim. O mənada yox ki, tamamilə heç bir məntiq yoxdur. Yox, məsələ bundadır ki, Almaniya, İngilətərə, Fransa kimi ölkələr bəzi naqis işləri görmək üçün münbit bir müstəvidir, yetər ki, fəallıq göstərən və buna illərlə çalışan olsun. Nə Almaniyada, nə Fransada, nə də başqa bir ölkədə heç kim durub Osmanlı dövlətinin tarixini, bu ölkədə nələrin baş verdiyini araşdırmır. Müəyyən ermənipərəst qrupun olması yetər ki, ən absurd ittiham belə tez bir zamanda dəstək tapsın…
O ki qaldı xanım A.Merkelə, o, yenə də oyun oynayıb – qondarma “genosid”lə bağlı qətnamə qəbul edilərkən, deyilənə görə, parlamentin iclasına qatılmayıb…
Bəs sonra nə olacaq? Düşünmürük ki, Türkiyə ilə Almaniyanın münasibətləri tamam kritik həddə çatacaq, ən azı ona görə ki, Fransa ilə bağlı belə olmadı. Məsələ bir növ sovuşacaq. Əvvəlki “qətnamə”lərin nə “təsir”i olubsa, bunun da o qədər “təsir”i olacaq…
Hələ ki, Türkiyəni heç kimin nəyəsə sövq etmək, məcbur etmək fikri yoxdur. Güman ki, bundan sonra da olmayacaq. Təbii ki, müəyyən qədər soyuqluq olacaq, amma düşünmürük ki, o, kritik həddə çatmış olsun və iki ölkə biri-birilə əlaqələri tamam kəssin. Bir daha deyirik ki, hər halda, belə olamayacaq…
Onda bəs nə etməli? Nümunə elə Almaniyanın özündədir – müharibəni uduzdu, bölündü, ilk genosid törədən ölkə kimi tanındı (hərçənd, Türkiyədən fərqli olaraq Almaniya bunu elə həqiqətən də etmişdi!) və təzminat ödəməli oldu… Amma son nəticə nə oldu? Almaniya yenə də Almaniyadır, həmişə olduğu kimi, güclü və dinamik. Türkiyə də belə ola bilər və düşünürük ki, olmalıdır da, çünki irəli getməkdən və inkişafdan  başqa yol yox…
Previous Post

Almaniya niyə belə etdi?

Next Post

Saxta “erməni soyqırımı” layihəsini Almaniya parlamentinə çıxaran bir nömrəli satqın türk kimdir?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Saxta "erməni soyqırımı" layihəsini Almaniya parlamentinə çıxaran bir nömrəli satqın türk kimdir?

Saxta "erməni soyqırımı" layihəsini Almaniya parlamentinə çıxaran bir nömrəli satqın türk kimdir?

Son xəbərlər

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Avqust 2026 - 19:14
“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

06 Avqust 2026 - 18:29
“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

06 Avqust 2026 - 18:17
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.