Almaniya Bundestaqın Krım körpüsünə hücum planları ilə bağlı xəbərləri şərh etməkdən imtina edib. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nəzərə alın ki, biz, prinsipcə, KİV-dəki xəbərləri və onların məzmununu şərh etmirik”, – deyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Qeyd edək ki, bundan əvvəl “Russia Today” media qrupunun və “RT” telekanalının baş redaktoru Marqarita Simonyan Krım körpüsünə hücumla bağlı alman hərbçiləri arasında söhbətin təfərrüatlarını açıqlayıb. Söhbətin stenoqramına görə, Bundestaqın dörd yüksək rütbəli hərbi məmuru hücumun təfərrüatlarını müzakirə ediblər.
Havar Şəfiyeva