Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.
Elchi.az DW-də istinadən xəbər verir ki, Almaniya Bundestaqı Kanada, Estoniya, Danimarka və Norveçdən sonra prosesi təsdiqləyən növbəti qanunverici orqandır.
Almaniya müdafiə naziri Kristin Lambrext Bundestaqda çıxışı zamanı bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması qərarı çox vacibdir.
“Bu doğru addımdır və bizim tam dəstəyimizi haqq edir. Finlandiya və İsveçi NATO üzvü kimi qəbul etməklə biz azadlıq və demokratiyanı gücləndirmiş oluruq. Onların qoşulması nəinki Alyansı daha da genişləndirəcək, həm də Avropa və transatlantik həmrəyliyini gücləndirəcək”, Lambrext bildirib.
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb
Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər