Bundesverin istefada olan polkovniki və hərbi ekspert Volfqanq Rixter “Welt” nəşrinə müsahibəsində Ukraynanın münaqişə zonasında döyüş meydanındakı vəziyyəti təhlil edərək bildirib ki, bu, ona Ukrayna Silahlı Qüvvələrinin əvvəllər vəzifəsindən azad edilmiş baş komandanı Valeri Zalujnının sözlərini xatırladır.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
Keçmiş alman hərbçisi deyir: “Biz Zelenskinin dəstəklədiyi qələbə haqqında ritorika ilə vidalaşmalıyıq”.
Rixter əlavə edib ki, ukraynalı general Zalujnı bunda haqlı çıxdı və son hadisələr bunu təsdiqləyir.
“Rusiya ordusunun gücü artır, o, getdikcə üstünlük əldə edir”, – deyə ekspert Rusiya Silahlı Qüvvələrinin Avdeyevkanın azad edilməsi əməliyyatını misal çəkib.
Rixter əlavə edib ki, sursat və şəxsi heyət çatışmazlığını nəzərə alsaq, Ukrayna ordusunun qələbəsindən söhbət gedə bilməz.
Yeganə