Ukrayna müharibəsində iki illik müddət keçdiyi bir vaxtda Baş Qərargah rəisi Aleksandr Sırski hədələyici bəyanatla çıxış edib.
Elchi.az xəbər verir ki, Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski sosial media hesabından verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin ikinci ili olduğuna diqqət çəkərək, bunun İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsi olduğunu qeyd edib.
Ukraynanın müharibəyə müqavimət göstərdiyini bildirən Sırski, silah və evakuasiya arasında silah seçdiklərini, paytaxt Kiyevi və İlan adasını azad etdiklərini xatırladıb.
Xarkov hücumunun həyata keçirildiyini və Xersonun azad edildiyini bildirən Sırski, “Ukrayna da əks-hücuma cəhd etdi, lakin təəssüf ki, obyektiv şərtlər üzündən istənilən nəticə əldə edilmədi. Bu gün düşmənlə bütünlükdə mübarizəmizi davam etdiririk.”
Sırski Rusiyanın hücumlarını dəf etməyə davam edən bütün ukraynalı əsgərlərə təşəkkür edib, həmçinin hərbi dəstək verən beynəlxalq tərəfdaşlara minnətdar olduğunu qeyd edib.
Tezliklə havada Rusiyaya asimmetrik cavab verəcəklərini bildirən Sırski, “Yanan Rusiya təyyarələrinin sayı daha da artacaq. Dövlət rəhbərliyi bunun üçün əlindən gələni edir” qiymətləndirməsini edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial media hesabında etdiyi paylaşımda dünən Rusiyanın “A-50” tipli uzaqmənzilli radar aşkarlayan təyyarəsini vurduqlarını açıqlayıb.
Nuranə Məmmədova