Almaniyanın Paderborn şəhərində məktəbdə baş verən atışma nəticəsində azı bir nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” polis məlumatlarına istinadən məlumat yayıb.
“Ən azı bir nəfər ağır, həyati təhlükəsi olan xəsarətlər alıb. Polis bu məlumatı təsdiqləyib”, – nəşr yazır.
Polis hadisə yerindən qaçan şübhəlinin tezliklə hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını və yaxalandığını bildirib. İlkin məlumata görə, o, Almaniya vətəndaşlığı olan 25 yaşlı Paderborn tələbəsidir. Hazırda hadisəni törədən şəxsin motivləri araşdırılır.
Nuranə Məmmədova






















Bu xəbər çox təəssüf doğurucudur. Almaniyada belə hadisələrin olması qorxuludur. Xoşbəxtlikdən şübhəli şəxs tez tapılıb. Ümid edirəm zərər çəkən şəxs tezliklə sağalar.
Ay aman, nə pis xəbər. O almanlar nə edir belə? Məktəbdə uşaqlar oxumalıdır, vuruşmamalıdır. Allah eləməsin belə hadisələr daha olmasın.