Bu gün Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Qrenlandiyanı tərk edəcəyi açıqlandı. Geri çəkilmə qərarı ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidli açıqlamalarından və bölgədə “milli təhlükəsizliyə” vurğu etməsindən sonra yaranan gərginlik fonunda verilib.
Elchi.az xəbər verir ki, Alman Xəbər Agentliyinə (DPA) danışan bir hərbi rəsmi, 15 əsgərin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyini söylədi.
Rəsmi, komandanın missiyasını başa vurduğunu bildirərək, “Kəşfiyyatın nəticələri yaxın günlərdə qiymətləndiriləcək” dedi.
Almaniya Müdafiə Nazirliyi, Danimarkanın dəvəti ilə Almaniya komandasının digər Avropa ölkələri ilə birlikdə 15-17 yanvar tarixlərində Qrenlandiyada kəşfiyyat işlərində iştirak edəcəyini açıqlamışdı. Alman komandası hərbi təlimlər üçün şəraiti araşdırmaq üçün 16 yanvar cümə günü Qrenlandiyanın Nuuk şəhərinə getmişdi.
Şayəstə





















