"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? – Şeyx həzrətləri 5-ci kalonun hədəfində

24 Oktyabr 2022 - 15:03
in ÖNƏMLİ
FacebookVatsap

Süni şəkildə yaradılan məzhəb və inanc savaşlarına qarşı tolerantlıq prinsipləri ilə mübarizə aparan Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın son 40 illik tarixində həm din, həm də ictimai xadim kimi həmişə ictimai proseslərin ön cərgələrində yer alıb. Heç kimə sirr deyil ki, bu şəxs həmişə Azərbaycanın haqq səsini ən ali trubunalardan səsləndirib. Əlində olan imkanlardan, nüfuzundan istifadə edərək milli maraqlarımızı bütün maraqlardan üstün tutub.

Bunu da oxuyun

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Bütün tədbirlərdə (istər xaricdə, istərsə də Azərbaycanda) xaricdə yaşayan azərbaycanlılara həmişə bu şüarla müraciət edib: “Heç zaman Azərbaycanı və azərbaycançılığı unutmayın!”

Son zamanlar Şeyx həzrətlərinə qarşı yenidən çirkab kompaniyasına başlanılıb. Ulu Öndərimiz Heydər Əliyevlə bağlı tədbirlərin birində etdiyi çıxışı sosial şəbəkələrdə yayaraq Şeyx haqqında çirkli kompaniyaya başlanılıb. Yayılan videoda Allahşükür Paşazadə Heydər Əliyev haqqında yüksək fikirlər səsləndirir və onun Prezident kimi seçilməsindən xalqın məmnunluğunu ifadə edir.

Düzdür, xaricdən maliyyələşən və Azərbaycanda dini sabitliyi pozmaq istəyən müəyyən şəxslər zaman-zaman Şeyx həzrətlərinə qarşı sifarişli yazılar və çıxışlar ediblər. Onlar həmişə çalışıblar ki, ölkədə məzhəb savaşı, dini ayrı- seçkilik salsınlar. Amma buna nail ola bilməyiblər…

Sevindirici haldır ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin mövcud olduğu məkan kimi tanınır. Olkə rəhbəri Prezident İlham Əliyevin siyasətində də Dini tolerantlığın qorunması özünə mühüm yer tutur və bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır.

Bir neçə gün öncə Şuşada baş tutan Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü, orda səslənən bəyənatlar və içilən ANDlar deyəsən çoxlarını, xüsusən də Azərbaycandakı 5-ci kalonu narahat etməyə başlayıb. O da başadüşüləndir ki, Şeyxin üzərinə bu hücumlar gözlənilən idi. Çünki Şeyx həzrətləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşlərinin birində ondan xahiş etmişdi ki, Şuşada belə bir tədbir keçirilsin. Əlbətdə, bu görüş, xüsusən də Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşadan səsləndirdikləri bəyanat türkdilli xalqları sevindirsə də, düşmənlərini kədərləndirdi və bu gün o düşmənlər efirlərdən və sosial şəbəkələrdən Şeyxi hədəf götürüblər.

Şeyx həzrətlərini kimlərin hədəf seçməsi ilə bağlı adları sizə təqdim etməmişdən öncə Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşada möhtəşəm görüşündə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin çıxışından bir parçanı təqdim etmək istəyirik:

“Xalqımız illərdir bir-birindən uzaq qalıb. Sovet dövlətinin siyasəti nəticəsində türk dövlətləri öz dillərində danışa bilmirdilər. Hətta mənə Türkiyəyə getməyə icazə vermirdilər…
Bu gün imzalanan bəyanata and içirik ki, heç kim bu birliyi, bu qardaşlığı poza bilməz, bizi bir-birimizdən ayıra bilməz.
Biz burada 6 nəfərik, amma bizim arxamızda 200 milyondan çox türk var. Buna görə də türk dövlətlərinin başçılarına da minnətdarlıq bildirirəm ki, mənim təklifimi qəbul etdilər və biz bu görüşü bu gün müqəddəs Şuşada keçiririk. Bir daha çağırış edirəm: Gəlin birlikdə olaq! Bizi birləşdirən Allah, Quran, türkçülük var. Bu gün xristian dünyasında birliklər gedir. Müsəlmanlara qardaş desələr də, daxildə xristianlığı yaymağa çalışırlar”

Əziz oxucular! Şeyxülislam Şuşada imzalanan bəyanata and içir! Baxın, sizcə bundan böyük düşmənə göz dağı ola bilərmi? Düşmənlərimizə bundan tutarlı dini şapalaq varmı? Bundan gözəl dini sevgi ilə türk xalqlarına məhəbbəti başqa cür izah etmək mümkünmü?

Şuşada çıxışı zamanı mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad edən, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur deyən Şeyx həzrətlərinin türk dövlət başçılarına verdiyi xeyir-dua görəsən bəzi adamları niyə bu qədər narahat edir?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə türk coğrafiyasının tanınmış elm və din xadimlərinin bir araya gələrək Türk-İslam dünyasının istiqbalına, sivilizasiyamızın perspektivlərinə və dünyada sülh, təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparması qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən, İslam sivilizasiyasına önəmli töhfə olan və Allaha xoş gedən dəyərli fəaliyyət olduğunu deyən Şeyxülislam onu da bilməmiş olmaz ki, bu möhtəşəm tədbirin elə səhərisi günü bəzi internet televiziyalarından “balıqqulağı” siyasətçiləri çıxarıb onu hədəf götürəcəklər. Çünki heç kimin ağlına gəlməyən bir tədbirin Şuşada keçirilməsini məhz Rəcəb Tayyib Ərdoğandan şəxsən Allahşükür Paşazadə xahiş etmişdi…(Bu barədə daha ətraflı növbəti yazılarımızda)

Xüsusən də, oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının təsisinə həsr olunmuş mühüm və yaddaqalan qardaşlıq görüşü, imzalanan bəyannamənin Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul edilməsi, əsasnaməni imzalamağın rəmzi və tarixi əhəmiyyətinin misilsiz olduğuna düşməncəsinə yanaşanlardır bu gün Şeyx həzrətlərini hədəf seçənlər!

Cənab Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə dövlətinin rəhbəri Ərdoğanın icazəsi, Şeyxin məsləhəti və xeyir-duası ilə birgə yaranan, türk dünüyasının məqsədlərinə doğru böyük inam və güclü imanla addımlayacaq Türk Dövlətləri Təşkilatı müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələri deyəsən 5-ci kalonun əməllicə yuxusunu pozub.

Bu yaxınlarda belə bir tədbirin keçirilməsini təbliğ etmək əvəzinə Hafiz Hacıyev kimi “balıqqulağı” siyasətçilərin Şeyx həzrətlərinin ünvanına səsləndirdiyi “Niyə İranın Azərbaycana qarşı bəyanatlarına reaksiya vermir” sualına iki cavab vermək yerinə düşər.

Birincisi, ay siyasəttdən bixəbər! Şeyxülislamın Ərdəbilin mollasından tutmuş, bütün Azərbaycanın düşmənlərinə, İrandan Fransaya, Fransadan Amerikaya qədər, hətta sənin tez tez-sevərək nümunə çəkdiyin erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında xüsusi fəaliyyəti olan erməni kilsəsinə qədər kəskin cavablarını verdi.

İkincisi, bəzi televiziyalardan “hazırlanmış suallara” “qonaq” çağırılan balıqqulağı siyasətçilərə məsləhətimiz odur ki, Azərbaycana qarşı xor baxan bütün dövlətlərə qarşı Şeyxülislam Allahşükür Paşazadənin etdiklərini görmürsünüzsə, onda siz korsunuz.

Bu gün türk dünyasının birləşdiyi bir vaxtda, iki yüz milyonluq türkdilli xalqlarımızın dini liderlərininin Bakıdakı 3 günlük birgə tədbirindən narahat olanlar, diqqətlə oxuyun!

Allahşükür Paşazadənin ən böyük xidmətlərindən biri də Azərbaycanda formalaşdırdığı Şeyxülislam institudur. Bu institutda yalnız bir milli maraq var – Ulu Öndər Heydər Əliyev siyasəti, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətində xüsusi nüfuz sahibi olan Azərbaycan dövlətinin milli maraqlarının göz bəbəyi kimi qorunması! Dövlətin maraqları heç zaman xaricdən gələn missionerlərə qurban verilməyib orda!

Əziz oxucular! Bu gün Azərbaycana qarşı istər İrandan, istər Fransa və Amerikadan gələn erməni təhlükəsinə qarşı hamı bir olmalıdır. Qarabağda əldə etdiyimiz uğurları həzm etməyən ermənipərəst qüvvələr nüfuzlu insanlara qarşı içəridən anti-təbliğat düyməsini basıblar. Bu gün hər kəs dövlətinin və onun rəhbəri cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməlidir. Həm xarici düşmənlərimizə, həm də daxildə “maskalanmış” düşmənlərə qarşı hamı birləşməlidir.

Previous Post

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? – Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Next Post

“Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır”

Bənzər yazılar

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

04 Fevral 2026 - 21:58

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Yanvar 2026 - 20:45

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi...

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

26 Yanvar 2026 - 10:39

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsindəki kritik və mülki infrastruktura hücumlarının davam etdiyini bildirərək, "Rusiyanın hər bir intensiv hücumu...

Ötən gün itkin düşən 5 nəfər tapılıb

Ötən gün itkin düşən 5 nəfər tapılıb

25 Yanvar 2026 - 10:27

Ötən gün itkin düşən 5 nəfər tapılıb. Bu barədə Elchi.az - a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın...

Next Post
“Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır”

"Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır"

Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoyan SƏFƏR!

Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoyan SƏFƏR!

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.