Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsda qədim həyatın mümkün əlamətləri barədə məlumat verib, eyni zamanda 3I/ATLAS kometasının “yadplanetli kosmik gəmi” olması ilə bağlı şayiələri təkzib edib.
Elchi.az xəbər verir ki, NASA administratorunun müavini Amit Kshatriya keçirdiyi mətbuat konfransında agentliyin kosmik gəmisinin Marsın səthində qədim həyat formalarının mövcudluğuna işarə edə biləcək siqnallar aşkar etdiyini açıqlayıb.
“Əgər biz bunu təsdiqləyə bilsək, bu heyrətamiz kəşf ola bilər”, – deyə “Mirror” alimin sözlərini sitat gətirir.
Bundan əlavə, çinli alimlər Marsda suyun əmələ gətirdiyi səkkiz mağara aşkar ediblər. Onlar mikrob həyatı üçün potensial gizlənmə yerləri kimi xidmət edə bilər.
Məryəm





















