Uhan laboratoriyası ilə əməkdaşlıq edən alim Endryu Huff deyir ki, COVID-19-a səbəb olan SARS-CoV-2, genetik olaraq hazırlanmış bir virusdur.
“Uhan Haqqında Həqiqət” kitabında o, ABŞ hökumətinin Çində koronavirusların təhlükəli genetik mühəndisliyini maliyyələşdirdiyini qeyd edib. Mütəxəssisin izah etdiyi kimi, əcnəbilər lazımi təhlükəsizlik tədbirlərinə əməl etmədilər ki, bu da virusun “sızmasına” və koronavirus infeksiyasının pandemiyasına səbəb oldu.
xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton bu layihədən bioloji silahlara hipotetik dönüş imkanlarını qiymətləndirmək üçün istifadə edib.
“Gördüklərim məni dəhşətə gətirdi. Amerika hökumətinin bizim hamımıza yalan söyləməsi şok edicidir”, – “The Sun” Huffun kitabından bir fraqment sitat gətirir.
Alim əmindir ki, koronavirus pandemiyanın qarşısını almaq üçün yollar axtardıqları “laboratoriyadan sızıb”.
Bir müddət əvvəl ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns bildirmişdi ki, Çin prezidenti Si Tszinpin Qərb ölkələri tərəfindən hazırlanmış COVID-19-a qarşı vaksinləri ölkəyə idxal etməkdən imtina edir.
Şayəstə