"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

27 Avqust 2026 - 10:09
in HADİSƏ
FacebookVatsap

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.

Bunu da oxuyun

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunub. Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.

Podrat müqaviləsi nədir?

Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir.

Podrat müqaviləsi ilə xidmət müqaviləsinin fərqi

Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir. Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.

Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır.

Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir. Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.

Podrat müqaviləsi hansı formada bağlanmalıdır?

Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Nağdsız hesablaşmalar haqqında” Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir.

Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir. Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri

Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir.

Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır. Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni, hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.

Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir.

Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən, podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır.

Tövsiyə

Podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir. Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər.

Previous Post

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

Next Post

Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bənzər yazılar

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Elchi.az-a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə...

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik...

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2026 - 16:17

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a...

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının...

Next Post
Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.