Elchi.az xəbər verir ki, İstanbulda səkidə avtomobilin vurması nəticəsində ağır yaralanan 21 yaşlı Aleyna Nur Gökçedən acı xəbər gəlib. Gənc qız reanimasiyada 18 günlük həyat mübarizəsini itirib.
Noyabrın 8-də bağlı ərazidə evinə doğru gedən Aleyna Nur Gökçe D-100 şosesinin kənar yolundan Beylikdüzünə gedən avtomobilin vurması nəticəsində ağır yaralanıb.
Qəzadan sonra sürücü nəzarətə götürülüb.
Aleyna Nur Gökçe müalicə aldığı xəstəxanada 18 günün sonunda dünyasını dəyişib.
Gökçenin cəsədi yarılma əməliyyatları üçün Ədliyyə Tibb Təşkilatına göndərilib.
Şayəstə