Hollivud aktyoru Jan-Klod Van Damm Zakarpat vilayətinin inzibati mərkəzində – Ujqorod şəhərində diqqət çəkib.
Elchi.az VESTI Telegram kanalına istinadən xəbər verir ki, sənətçi ilə foto sosial şəbəkələrdə yerli həkim Mixail Erşov tərəfindən yayımlanıb.
Aktyor bir neçə ildir ki, ukraynalı Alena Kaverina ilə münasibətdədir. Van Damm iki il əvvəl filmi çəkmək üçün Kiyevə gəlmişdi. Daha sonra sevgililər paytaxt Fairmontdakı ən bahalı otellərdən birində yaşayırdılar. Lakin qız Kiyevin yolları pis olan “baxımsız” şəhər olmasından narazı idi.
Van Damm ukraynalı bir qadınla uzun müddət davam edən münasibətə baxmayaraq, rəsmi olaraq Gladys Portugues ilə evlidir.
Şayəstə