"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

AKP millət vəkili: “Erməni məsələsində Türkiyəyə təzyiq göstərmək mümkün deyil” – MÜSAHİBƏ

27 Sentyabr 2014 - 12:17
in Banner, MÖVQE
FacebookVatsap
Burhan Kayatürk: “Əminəm ki, əvvəl-axır bu məsələ dünyanın mötəbər tarixçilərinin daxil olduğubda951a19f361144e71fdefabaab71c8 komissiyaya həvalə ediləcək”

 

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

Ədalət və İnkişaf Partiyasının (AKP) Van millət vəkili, TBMM Xarici işlər komissiyasının üzvü Burhan Kayatürkün APA-ya müsahibəsi

 

– 2015-ci ildə Türkiyəyə qarşı uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar təzyiqlər gözlənilir. Bununla bağlı komissiyanız hansı işləri görməkdədir?

 

– “Erməni soyqırımı” iddiaları ilə bağlı Türkiyənin mövqeyi partiyamız iqtidara gəldiyi gündən bəllidir: biz dünyanın bütün kürsülərindən dəfələrlə demişik ki, tarixə dair məsələlərdə parlamentlər qərar qəbul edə bilməz. Osmanlı imperiyasının son dönəmlərində vətəndaşlarımızın bir qismi torpaqlarımızın bir guşəsindən başqa guşəsinə köçürülüb. Əlbəttə, heç bir insanın öz yurd-yuvasını tərk etməsini heç kim istəməz. Ancaq o günkü şərtlərdə baş vermiş hadisələrlə bağlı bu gün parlamentlərin qərar qəbul etməsi doğru deyil. Bu məsələdə Türkiyə tamamilə özünə güvənən bir ölkədir: biz arxivlərimizin hamısını açmışıq, başqa ölkələrdən də bunu tələb etdik. Ancaq bir çox ölkə bu işə qol qoymadı. Mən yaxın keçmişə qədər AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü  idim. Türk millət vəkillərinin verdiyi təklifə əsasən AŞPA “erməni soyqırımı” iddialarıyla bağlı tövsiyə qərarı qəbul etdi. O qərarda da tarixi hadisələrin parlamentlər tərəfindən deyil, tarixçi elm adamları tərəfindən dəyərləndirilməsi tövsiyə edilib. Türkiyə xoş niyyət göstərərək Ermənistanla münasibətlərini “normallaşdırmaq” istədi, diaspora ermənilərinin də təzyiq və təhdidiylə Ermənistan Konstitusiya Məhkəməsi prosesi dayandırdı. Ermənistanda xalq çətin maddi vəziyyətdə yaşayır, ancaq diaspora erməniləri öz mənafeləri naminə Türkiyəyə düşmən münasibəti daima qızışdırır. Ermənistan Türkiyəyə qarşı iddialarından vaz keçmədiyi kimi, dost və qardaş Azərbaycanın torpaqlarını da uzun müddətdən bəri işğal altında saxlayır.

 

– Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycan torpaqlarının erməni işğalından qeydsiz-şərtsiz azad edilməsi Türkiyənin bir neçə şərti arasındadır. Türkiyənin bu şərtdən vaz keçməsi hansısa vəziyyətdə mümkündürmü?

 

– Türkiyə bölgədə sülh və əmin-amanlıq istəyən ölkədir. Biz istər öz torpaqlarımızda, istər Balkanlarda, istər Orta Şərqdə heç kimə qarşı “soyqırım” tətbiq etməmişik. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsa və bu iki ölkə öz aralarındakı problemi həll etsə, Türkiyə buna sadəcə, sevinər. Başqa heç bir şərt və şərait Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxması üçün Türkiyənin mövqeyində dəyişiklik yarada bilməz. Biz dost və qardaş Azərbaycanın bu istiqamətdəki haqlı mübarizəsinə həmişə dəstək verəcəyik. Azərbaycan faktoru Türkiyə üçün həmişə vazkeçilməzdir.

 

– Son illərdə müxtəlif ölkə parlamentlərinin Türkiyəyə qarşı “soyqırım” qərarlarını görmürdük. Ancaq 9 sentyabrda Yunanıstan parlamenti qərar qəbul etdi. Bundan sonrakı dönəmdə “soyqırım” qərarı qəbul etmiş ölkələrə qarşı hansı tədbirləri görəcəksiniz?

 

– Bir daha təkrar edirəm: heç bir ölkənin qərarı Türkiyənin mövqeyində dəyişikliyə yol aça bilməz. Artıq Türkiyəyə təzyiq göstərmək mümkün deyil. Biz ata-babalarımızın soyqırım yapmadığına əminik. Bundan sonrakı dönəmdə Türkiyəyə qarşı haqsız  qərarlar qəbul etmiş ölkələrin siyasətçiləriylə tez-tez görüşüb onları məlumatlandıracağıq. Arxivlərimiz açıqdır, istəyən hər kəs gəlib çalışa bilər. Əminəm ki, əvvəl-axır bu iş dünyanın mötəbər tarixçilərinin daxil olduğu komissiyaya həvalə ediləcək.

 

Previous Post

AKP millət vəkili: “Erməni məsələsində Türkiyəyə təzyiq göstərmək mümkün deyil” – MÜSAHİBƏ

Next Post

Bakıda “bomj”lar arasında dava düşdü: Ölən var – VİDEO

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post

Bakıda “bomj”lar arasında dava düşdü: Ölən var - VİDEO

Bakıda “bomj”lar arasında dava düşdü: Ölən var - VİDEO

Son xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

30 Oktyabr 2026 - 17:07
Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

30 Oktyabr 2026 - 16:58
Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

30 Oktyabr 2026 - 16:45
FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36
Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

30 Oktyabr 2026 - 16:21
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16
“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09
Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

30 Oktyabr 2026 - 16:01
FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.