"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Akif Çovdarovun daha bir müdhiş cinayəti üzə çıxdı- sensasion təfərrüatlar

25 Sentyabr 2016 - 15:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Akif Çovdarovun daha bir müdhiş cinayəti üzə çıxdı- sensasion təfərrüatlar

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Odioz generalın sahibkarlara “əcəl zəngi” etdiyi nömrə bilindi – 050 210 60 12; Eldar Mahmudovun sağ əli “Akula Polad”la böyük bir cinayətə imza atıblar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayətlərinin sayı bilinmir. Gələn məlumatlar onu deməyə əsas verir ki, MTN-də yuva salmış cinayətkar dəstənin 11 illik fəaliyyəti nəticəsində törədilən, lakin müxtəlif səbəblərdən araşdırılmayan çox cinayətləri var. 
Hazırda Akif Çovdarov və onun birbaşa tabeliyində olmuş 4 şöbə rəisi məhkəmə qarşısına çıxarılıblar. Odioz general və onun əlaltıları ümumilikdə 54 epizod üzrə ittiham olunurlar. Epizodların mütləq əksəriyyəti hədə-qorxu ilə tələb etmə cinayəti ilə əlaqədardır. Yəni Çovdarov və əlaltıları sahibkarların başlarına torba keçirib oğurlamaqla onlara hədə-qorxu gəlib var-dövlətlərini əllərindən alıblar. Tələb olunan pulu, var-dövləti, obyekti, bazarı, holdinq və s. vermək istəməyənlər dəhşətli işgəncələrlə, zorakılıqlarlarla, şantajla üz-üzə qalıblar. Akif Çovdarov və əlaltılarının caynağına keçən sahibkarlardan sağlıqlarını itirən, ömürlük şikəst qalan və həyatlarını itirənlər olub.
MTN çetesinin ifşasından ötən 11 ay ərzində yeni-yeni cinayətləri üzə çıxmaqdadır. Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə Akif Çovdarov Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən biri, “Altes-qrup”a da sahiblənmək üçün çox ciddi planlar qurub. Bu işdə hazırda Dubayda gizlənən, MTN çetesində “Akula Polad” kimi tanınan Polad Qabulov əsas fiqur olub. Artıq Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində bu cinayətin bütün iştirakçılarını müəyyən ediblər.

Gecə yarısı sahibkarın mənzilinə basqın olub!

Əldə etdiyimiz özəl məlumata görə hələ 2011-ci ildə Polad Qabulov barəsində Yasamal Rayon Polis İdarəsinin icraatında bu cinayətlə əlaqəli cinayət işi olub. Lakin həmin dövrdə P.Qabulov güclü himayəçisi, o dövrdə kölgədə qalan Akif Çovdarovun sayəsində istintaqdan yaxa qurtara, cinayət işinin icraatına xitam verdirə bilib. Bu ilin iyulunda isə həmin cinayət işi təzələnib.  Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 182.1-ci  maddəsi ilə istintaq edilən 1400902108 saylı cinayət işi üzrə bütün istintaq hərəkətləri aparılmaması əsası ilə Qabulov Polad Həsən oğlunun, Həsənov Mais Akif oğlunun, Rüstəmov İlham Tofiq oğlunun, birinin adı Xas olduğu göstərilməklə şəxsiyyətləri istintaqla müəyyən edilməyən 2 nəfərin və qeyrilərinin hərəkətlərində hədə-qorxu ilə tələb etmə, özbaşınalıq, dələduzluq, mənimsəmə, saxta sənəd hazırlamaqla ondan bilə-bilə istifadə etmə, məhkəmə qətnaməsini icra etməmə və digər cinayətlərin tərkib əlamətlərinin olub-olmamasının yoxlanılmasına qərar verib. Həmin qərarda xüsusi olaraq vurğulanıb ki, adı çəkilən hər bir şəxsin əməlinə konkret hüquqi qiymət verilmədiyindən icraata  xitam verilməsinə dair müstəntiq Elnur Abdullayevin qərarı qanunsuz va əsassız olub. Buna görə də qərar ləğv edilib. Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) və 320(sənədləri saxtalaşdırma)maddələri ilə aparlan təzələnmiş cinayət işi çox maraqlı nüansların üzə çıxması ilə nəticələnib. Rüstəm Abdullayev istintaqa ifadəsində göstərib ki, 2011-ci il iyunun 25-də gecə yarısı onun evinə Polad Qabulovun başçılıq etdiyi dəstə soxulub.

Səhər 2 milyon verməsən…

Rüstəm Abdullayevlə ultimativ tonda danışan Polad Qabulov ondan şirkətinin inşa etdiyi binadan 10 mənzili sənədləşdirib ona verməsini tələb edib. Deyib ki, mənzilləri verməyəcəyi təqdirdə onun üçün çox pis olacaq. Bir general tanışı vasitəsi ilə Rüstəm Abdullayevin başına qara torba keçirtdirərək apartdıracaq. Polad Qabulov həmin basqın zamanı Akif Çovdarovun adını çəkməyib, amma Rüstəm Abdullayevə MTN-ə aparılacağını, orada bir general tanışın vasitəsi ilə itiriləcəyini, izinin-tozunun tapılmayacağını deyib. 2 milyon manat pulu ona pay-puş edə biləcəyini də Rüstəm Abdullayevə bildirən Polad Qabulov başının dəstəsi ilə tikinti şirkəti rəhbərinin mənzilini tərk edib. Səhər şərtlərdən birini yerinə yetirməyəcəyi təqdirdə itiriləcəyini də deməyi unutmayıb. O dövrdə R.Abdullayev nə edəcəyini düşünüb-daşınıb və çıxış yolu kimi ölkəni tərk edib.

Cinayət işi başlanıb və xitam olunub!

Bir müddət sonra isə ölkəyə qayıdaraq baş verənlərlə bağlı şikayət edib. Lakin qeyd etdiyimiz kimi həmin vaxt Polad Qabulov himayəçisi Akif Çovdarovun sayəsində istintaq işinin qanunsuz və əsassız olaraq xitam olunmasına nail olub. Hazırda bu epizod üzrə çox ciddi araşdırmalar davam edir. Artıq Polad Qabulovun Akif Çovdarovun diqtəsi və təlimatı əsasında tikinti şirkəti rəhbərinin mənzilinə basqın etməsi də təsbit olunub.

Basqın gecəsi “Akula Polad”la odioz general 19 dəfə telefonla danışıblar!

Əldə etdiyimiz məlumata görə təzələnmiş istintaq zamanı mobil operatorlara sorğular verilib və məlum olub ki, Polad Qabulov Rüstəm Abdullayevin mənzilinə basqından əvvəl və sonra Akif Çovdarovla nə az, nə çox düz 19 dəfə əlaqə saxlayıb! “Akula Polad” özünün 050 303 00 16  telefon nömərsindən Akif Çovdarovun 050 210 60 12 nömrəsinə zəng etməklə üst-üstə 1 saata yaxın danışıblar. Bu çox ciddi faktdır və “Akula Polad”ın Rüstəm Abdullayevin mənzilinə basqın zamanı adını çəkmədiyi, MTN generalı kimi xitab etdiyi şəxsin məhz Akif Çovdarov olmasına dəlalət edən təkzibedilməz sübutdur.

Basqın ərəfəsində Akif Çovdarovla Polad Qabulov nədən danışıblar?

Gecə yarısına qədər davam edən bu danışıqlar Rüstəm Abdullayevin əmlakının zorla əlindən alınması mövzusunu əhatə etməyib?
Əlbəttə ki, bu suallara cavabı Akif Çovdarov və bu gün Dubayda gizlənən Polad Qabulov verə bilərlər.
Akif Çovdarov həbsdədir və onun dindirilməsi elə də çətin deyil. Bəs Polad Qabulovu necə? Onu dindirmək, gizləndiyi Dubaydan gətirdib Akif Çovdarovla üzləşdirmək mümkün olacaqmı?
Yasamal prokuroru Polad Qabulov həbsi üçün təqdimat verdi…
Qaynağımız deyir ki, Yasamal rayon prokuroru Rasim Hacıyev 2016-cı il sentyabrın 10-da Polad Qabulovun həbsi ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüqar Əliyevin vəsatətinin təsdiqlənməsi üçün təqdimat yazıb. Rasim Hacıyev təqdimatı baxılması üçün Yasamal Rayon Məhkəməsinə yollayıb.

…və Yasamal pokuroru 2 gün sonra təqdimatın baxılmamasını istədi!

Sentyabrın 12-də məhkəmədə hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, Yasamal prokuroru Rasim Hacıyev təqdimatın ardınca bir məktub da yazaraq hakimə göndərib. Prokuror həmin məktubu ilə Polad Qabulovun barəsində təqdimata baxılmamasını hakimdən xahiş edib. Prokuror məktubunda bu hərəkətini əsaslandırmadığından anlaşılmaz vəziyyət yaranıb. Buna baxmayaraq hakim Rasim Hacıyevin məktubunda göstərdiyi xahişi nəzərə alıb və təqdimatı baxılmamış saxlayaraq Yasamal prokurorunun özünə göndərib. Rasim Hacıyevin 2 gün fərqlə yazdığı təqdimatla məktub arasında hansı əlaqələr gizləndiyi, prokurorun hansı nüanslardan çıxış etdiyi bilinmir.

“Akula Polad”ı odioz generala tanış edən şəxsin kimliyi də bilindi – cinayətdən–cinayətə uzanan yol

Qaynağımız deyir ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan istintaq zamanı o da müəyyən edilib ki, Akif Çovdarovla Polad Qabulovu Elşən Hüseynov tanış edib. Bu şəxsin adı “8-ci kilometr” bazarının zorla sahiblərindən alınmasında keçir.
Hazırda A.Çovdarova ittiham elan edilmiş epizodlardan 2-si xalq arasında “Vosmoy” bazarı kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədardır. Bu bazarı 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə qəsb ediblər.
2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər Salman Səfərovun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar. Sonra Səfərovların digər qardaşı Cəfər Səfərova zəng vuraraq qardaşlarının saxlanıldığını deyiblər. Həmin vaxt MTN-də Akif Çovdarovun kabinetində olan Səfərovlara işgəncə verilirmiş. Əvvəlcə Səfərovlardan 500 min dollar tələb edən A.Çovdarov sonrdan  bazarı onların əlindən alıb və Qulu Cəfərov adlı öz tanışının adına rəmiləşdirib. Bundan sonra bazara Akif Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başlayıb.
Eldar Mahmudov vəzifəsindən qovulandan sonra bazarın sahibləri olan Cəfərov qardaşları istintaqa müraciət ediblər. Hazırda qardaşlar Akif Çovdarovun işində zərərçəkən kimi keçirlər. Maraqlıdır ki, “Akula Polad”ı Akif Çovdarovla tanış edən Elşən Hüseynov “8-ci kilometr” bazarı epizodu üzrə istintaqdan kənar qala bilib.
Previous Post

Akif Çovdarovun daha bir müdhiş cinayəti üzə çıxdı- sensasion təfərrüatlar

Next Post

Eldar Sabiroğludan Səyavuş Novruzova sərt cavab

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Eldar Sabiroğludan Səyavuş Novruzova sərt cavab

Eldar Sabiroğludan Səyavuş Novruzova sərt cavab

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.