"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi

20 May 2019 - 12:47
in CƏMİYYƏT
FacebookVatsap

Tikinti materialları, özəlliklə taxta-şalban biznesi ilə məşğul olan və  8 nəfərə qarşı dələduzluqda ittiham olunan Qədim Ədilovun atası Ədil Ədilov “Yeni Müsavat”a danışıb. Ə.Ədilov oğlunun həbsində Dabuleyka Quliyevi və Akif Çovdarovu günahlandırır. Deyir ki, oğlu Qədim Ədilov günahsızdır.
 “Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C.Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib. Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə  Q.Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Bunu da oxuyun

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Qədim Ədilov ile ilgili görsel sonucu

Qədim Ədilov
Qədim Ədilovun atası Ədil Ədilov deyir ki,  oğlunu həbs olunmasının təşəbbüskarı Dabuleyka Quliyevdir: “O, Akif Çovdarovun davamçısıdır. Oğlum Qədimdən 3 il əvvəl olan şikayətləri ”dirildən” odur. Çovdarov həbs olunub, Dabuleyka azadlıqda qalıb. Dabuleyka Çovdarovun əlaltısı olub. Dabuleyka Quliyev Çovdarovun qaynını, yeznəsini, yeznəsinin qardaşını yığıb başına. O adamlar 3 il əvvəl Qədimdən şikayətçi idilər. O vaxt yoxladılar, gördülər ki, Çovdarov bizə ziyan verib. Buna görə iş xitam verdilər. Bu gün Çovdarovun pulunu hökumət almayıb, onun camaata vurduğu ziyanı hökumət ödəməyib. Çovdarov indi həmin pulları xərcləyir, ondan 62 zərərçəkən vardı, onları bir-bir dələduz kimi tuturlar. Onlar qarşılarına məqsəd qoyublar, Qədimin dalınca çox gəlib-getdilər ki, Çovdarovdan şikayətçi olmayaq. Amma biz onlardan mənim adıma olan evi tələb etdik. Həmin 120 kvadratlıq evi Çovdarovun işçiləri oğlum Qədimin başının üstündə dayanıblar, ərizə yazdırıblar ki, həmin evi bağışlayır Çovdarovun qohumuna. Bu gün də həmin ev Çovdarovun qaynının adınadır. Bu gün də Dabuleyka Quliyev qabağa düşüb. O da Çovdarovun qohumlarını qaldırıb Qədimin üstünə. Halbuki Dabuleyka Quliyevin pulunu “yeyən” qaynı Rövşən Məhərrəmovdur. Rövşən Məhərrəmov əvvəllər Qədimlə birgə taxta alverçiləri olublar. Əvvəlcə Rövşən deyirdi ki, Qədim Ədilovda 200 min pulum var. Sonradan da Çovdarov tutuldu, bu iş də xitama getdi. Bundan sonra Rövşən Məhərrəmov Qədimin yanına gəlmişdi ki, barışaq. Qədim də demişdi ki, sənin mənə 45-50 min borcun var, mənim sənə borcum yoxdur. Həmin vaxt Rövşən Qədimə notariusda kağız da yazıb verib ki, sənin mənə borcun yoxdur. Bu gün Dabuleyka Quliyev qaynı Rövşən Səfərovu da həbs etdirib. 10 aydır Rövşən həbsdədir. Ona türmədə yaxınlaşıblar ki, de ki, həmin notariusdakı kağızı təzyiqlə vermişəm. Halbuki özü gedib, belə bir kağız yazıb verib. Bu gün o, Qədimin üzünə dayanır. Bir Xaləddin adlı adamı tapıblar, onu da Qədimin üzünə saxlayıblar. O da deyir ki, Qədimin mənə 167 min borcu var. Həmin adamın nəinki 167 min, heç 167 manat da pulu olmadığı üzündən bilinir. Guya 15 vaqon taxtanın pulunu verib Qədimə. Halbuki 1-2 vaqonun pulunu verərdi, qalanını da sonra verə bilərdi. Dabuleyka Quliyev qaynından ala bilmədiyini bizdən almaq istəyirlər. Çovdarovun qohumları Məmməd, Natiq, Çovdarovun qızının qaynı var işdə. Çovdarova xəbər veriblər ki, taxta bazarında Qədim adlı oğlan var, yaxşı pul qazanır. Çovdarov da aparıb Qədimi döymüşdü, boynuna 300 min pul qoymuşdu. 2015-ci il iyunun 23-də Çovdarov Qədimin boynuna 300 min pul qoyub. Sentyabrın əvvələrində Çovdarov mənim digər övladlarımın işinə qarışırdı. Qədim görüb ki, Çovdarov qardaşlarına sataşır, dost-tanışdan pul alıb, əvvəllər insan alverində rəis olan Cavad Şıxəliyevdən 50 min alıb aparıb verib. Cavad Şıxəliyev bu gün də mənə deyir ki, harada istəyirsən gedək yazım verim, Qədim istəsə pulu verəcək, olmayacaq verməyəcək. Deyir ki, mən heç kimə şikayət etməmişəm. Cinayət işində də ərizəm yoxdur. Onun adı məhkəmədə keçmir. Cavad mənə deyir ki, mənim Qədimə, Qədimin mənə borcu yoxdur”.
Ədil Ədilov oğlu Qədim Ədilovun 2015-ci ilin yanvarında Natiq Hümbətova borcunun olmasını təsdiqləyən müqavilə bağlamasını, 5 ay sonra MTN-ə aparılması ilə bağlı bunları deyib: “Natiq Hümbətov da taxta biznesi ilə məşğul olur. O, pulu haradan qazanıb bilmirəm. O, mənim oğlumu aparıb Çovdarova döydürüb. Bundan sonra mənzili Qədim verib. 2 MTN işçisi dayanıb Qədimin başının üstündə. Çox pul qazanıb Qədim, onlar da haqq istəyiblər. Oğlumu Çovdarov döyəndə Natiq də, Səlim Məmmədov da orada olub. İçəri girən kimi Çovdarov Qədimə sillə vurub. Qədimə deyiblər ki, 1 həftəyə dediyimi gətir. Qədim də deyir ki, canımın dərdindən dedim 1 həftəyə, iyulun 23-də gətirib 300 min dolları verəcəyəm. Oğlumun Natiqə borcu olmayıb. Mənim oğlum 50 mini Cavad Şıxəliyevdən alıb. Qalanı da dost-tanışdan. Cavad Şıxəliyev İmişlidəndir, biz Saatlıdanıq. Bir-birimizi çoxdan tanıyırıq. Qədim gedib Cavaddan pul istəyib, o da verib. Mənim oğlum pulu verməsəydi, onun 2 vəzifədə olan qardaşını da şikəst edəcəkdi. Oğlum dost-tanışdan pulu alıb verib.  Çovdarov oğlumun mayasını əlindən alıb, o da alver edə bilməyib, borcları da qaytara bilməyib. Çovdarova 12 il verdilər. O, 62 nəfər ailəni başsız qoyub. Akif Çovdarov milyonçu Tağı Əhmədovdan 3 milyon alıb. Onun pulu var ki, verib. Bizim pulumuz yox idi, ona görə borc almışdı”.
Ədil Ədilov deyir ki, bu gün oğlu Qədim Ədilov ittihamı qəbul etmir: “Rövşən Məhərrəmovu qabağa vermişdilər, alınmadı, indi də başqa birini tapıb veriblər qabağa. Oğlumu aprelin 2-dən həbsdədir. Kimə deyirsən, deyir bilmirik. Dabuleyka Quliyev düşüb qabağa, oğlumu tutublar”.(musavat.com)

Previous Post

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi

Next Post

Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi…

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Elchi.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. Elchi.az "AzEdu.az"a istinadən xəbər verir ki, onlardan...

Next Post
Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi…

Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi...

Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi…

Ermənistanda vəziyyət qarışdı: Prezident baş nazirin əleyhinə çağırış etdi...

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.