Akarla Ukraynanın müdafiə naziri arasında telefon danışığı olub

72

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə telefonla danışıb.

Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı nazir Akar tərəfindən daha çox insan ölümünün qarşısını almaq, sülh və sabitliyi bərpa etmək üçün təcili atəşkəs elan edilməsinin vacibliyi ifadə olunub.

Bundan əlavə, Akar başda Prezident Ərdoğan olmaqla, Türkiyənin regionda sülhün təmin olunmasında və bütün səviyyələrdə humanitar yardımların çatdırılmasında indiyə qədər olduğu kimi bundan sonra da üzərinə düşən vəzifəni əsirgəməyəcəyini vurğulayıb.

Türkiyəli nazir bildirib ki, “Taxıl dəhlizi” çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti nəticəsində təxminən 17 milyon ton taxıl Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşınıb və bu təşəbbüs fasiləsiz şəkildə davam edir.