Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalındakı mümkün əməliyyatlardan danışıb.
Elchi.az “Hurriyyet.com.tr”-yə istinadən məlumatına görə, H.Akar bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyi üçün beynəlxalq hüquq və özünümüdafiə baxımından əməliyyatlar keçirmək Türkiyənin haqqıdır:
“Biz bu günə qədər bununla bağlı nə lazımdırsa, etmişik, gələcəkdə də edəcəyik. Qarşımızdakı terror təşkilatlarının arxasında kimin durmasından asılı olmayaraq hansı müdaxilə tələb olunursa, yeri və vaxtı gələndə ediləcək!”.
Şayəstə