"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Akar Bakıdan mesaj verdi: Gözünü çıxararıq!

30 Yanvar 2024 - 17:00
in SİYASƏT
FacebookVatsap

Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkə arasında deyil, bütün dünyada çox özəl və mənalı yerə sahibdir. Bizim əlaqələrimizin çox dərin kökləri var.

Bunu da oxuyun

Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Elchi.az xəbər verir ki, bu sözləri ARB TV-yə geniş müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri Hulusi Akar deyib.

Akar Türkiyə və Azərbaycanın Qarabağ Zəfəri ilə dünyaya öz gücünü göstərdiyini bildirib:

“20-ci əsrin əvvəlində çox ciddi dəyişikliklər və hadisələr oldu. Birinci Dünya müharibəsi başda olmaqla, önəmli proseslər səbəbindən ortaya çıxan yeni vəziyyət və şərtlər çərçivəsində təəssüf ki, Azərbaycan və türk dünyası ilə əlaqələrimiz istənilən səviyyədə olmadı. Ancaq 1991-ci ildən sonra son dərəcə sürətli, konstruktiv və müsbət şəkildə, Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, tək millət olmağı dərk etdik. “Tək millət iki dövlət” olaraq fəaliyyətlərimizi davam etdirdik və mədəni əlaqələrimizi inkişafı ilə ölkələrimiz bir-birinə çox yaxınlaşdı. Hazırda bu əlaqələrimizi prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyi ilə çox əhəmiyyətli səviyyəyə çatdırdıq. Biz həqiqətən bir ananın iki oğlu şüuru ilə işləyirik. Beləliklə, biz burada heç kimdən heç nə gözləmədiyimizi, Türkiyə və Azərbaycanın tək ürək və tək yumruq kimi işləməsi ilə nələr edə biləcəyimizi 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdik. Həqiqətən cənab Əliyevin 10 noyabrdakı çıxışı zamanı dediyi kimi, Azərbaycan Ordusu yumruğu masaya vurdu. Bu, yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mənəvi ruh yüksəkliyi və motivasiya mənbəyi oldu. Bütün dünya bu mənada türkün gücünü gördü. Bizim istəyimiz Türkiyə və Azərbaycan əlaqələrində olduğu kimi, bütün türk dünyası ilə birlikdə olmağa çalışmaqdır. Bu münasibətlər yeni bir model və ilham qaynağı kimi türk dünyasına yayılacaq. Hazırda hərbi və müdafiə sənayesi sahəsində münasibətlərimiz son dərəcə konstruktiv şəkildə davam edir. Bütün türk dünyasını əhatə edəcək şəkildə ən yuxarı səviyyədə görüləcək işlərlə birliyimizi, bərabərliyimizi gücləndirəcək, sahib olduğumuz potensialı ən təsirli formada istifadə edərək ölkələrimizin, bölgələrimizin sülh və sabitliyi, təhlükəsizliyi və müdafiəsi üçün əlimizdən gələn nə varsa etdik, bundan sonra da davam edəcəyik”.

Komissiya sədri Qərbin 30 illik işğal dövründəki ikiüzlülüyünə diqqət çəkib:

“Burada hər kəsin bilməli olduğu ən önəmli məsələ odur ki, biz bir tərəfdən Türkiyə Silahlı Qüvvələrinin təsirli, daha nüfuzlu, çəkindirici olması üçün gecə-gündüz işlərimizi davam etdirməklə bərabər eyni şəkildə Azərbaycan Silahlı Qüvvələrinin də modernizasiya sahəsində nə qədər imkan və fürsət varsa, ən effektiv formada dəyərləndirməklə gördüyümüz işləri inkişaf etdirdik və bu yenə davam edir. Artıq keçmişdə olduğu kimi, hazırda heç kim Türkiyə və Azərbaycana tərs baxa bilməz. Hər kəs bunu düşünməlidir və düşünəcək! 30 illik işğaldan sonra cənab Əliyev “Yetər artıq!” dedi və bundan sonra cənab prezidentimiz isə “Azərbaycan yalnız deyildir!” sözləri ilə bugünlərə gəldik və Zəfəri qazandıq. Qələbədən sonra biz daha çox işləməklə tədris, təlim, modernizasiya, müdafiə sənayesi sahəsində vacib sərmayə qoyuluşları ilə daha da irəliyə gedəcəyimizə inanırıq. Bütün fəaliyyətimizi yalnız özümüz üçün deyil, bütün türk dünyasını nəzərə almaqla həyata keçiririk. 30 illik haqsız işğal, qətliamlar və çəkilən əziyyətlər zamanı Qərb heç bir hərəkət etmədi. İstər AB, istər ATƏT, istərsə də Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa heç nə etmədi. Azərbaycan Silahlı Qüvvələri ortaya çıxıb masaya yumruğunu vuranda 44 gün ərzində bu vəziyyət normal halına döndü. Allaha şükür, indi Qarabağ və ətrafında Azərbaycanın Şanlı Bayrağı dalğalanır. Mərhum Heydər Əliyevin direktivləri, cənab İlham Əliyevin öndərliyi və cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə uğur qazandıq. Əlbəttə ki, burada əsas pay şəhid və qazilərimizə aiddir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizi isə hörmət və minnətdarlıq hissi ilə salamlayırıq”.

Hulusi Akar Ermənistana və bölgədə kirli oyunlar qurmaq istəyənlərə xəbərdarlıq edərək ehtiyac yaranacağı halda Türkiyə və Azərbaycanın iki millət, tək dövlət və tək ordu prinsipi ilə hərəkət edəcəyini vurğulayıb:

“Artıq cin şüşədən çıxıb. Yəni Cənubi Qafqazda, Azərbaycan və Ermənistan hər hansı bir formada Şərq-Qərb rəqabəti üçün nə etsələr də, heç bir faydası yoxdur. Onsuz da 30 il boyunca Ermənistana hər cür dəstəyin verildiyini, Azərbaycana isə hər cür maneənin yaradıldığını hamımız gördük, yaşadıq. Bir və bərabər şəkildə, yüksək əhval-ruhiyyə ilə 44 günlük hərəkatla bunların cavabını verdik. İndi Rusiyaya qarşı bir cəbhə açmaq, rəqabəti davam etdirmək baxımından bölgədən istifadə məsələsində nə edirlər etsinlər, bizim üçün əsas olan Azərbaycanın haqları və mənfəətləridir. Bununla bağlı Ermənistanda və xaricdə təlimlər keçirilir. Bunlarla harasa çatmaq niyyəti var. Ancaq həqiqətən hamısı boş yerə edilən cəhdlərdir. Azərbaycan və Türkiyənin birliyi və bərabərliyi ilə tək ürək və tək yumruq kimi türk dünyası ilə həmrəylik içərisində haqlarımızı, hüququmuzu qorumaqda heç bir tərəddüdümüz yoxdur. Bundan heç kimin şübhəsi olmasın. Haqq və hüququmuzu qoruyacağıq. Dolayısı ilə bu tədris-təlimin xeyirlərinə olmadığını görməlidirlər. Ən ağıllı iş diplomatiyadır. Yəni Ermənistan dərhal ağlını başına yığaraq Azərbaycan və Türkiyə ilə dinc yol və üsullarla fəaliyyətlərini davam etdirərək sülhə gedilməsini, bölgədə sabitliyin təmin olunması və hər kəsin rahat şəkildə firavan yaşaması üçün çalışmalıdır. Ermənistan öz kimliyini və haqlarını qorumalı, haqlarına sahib çıxmalıdır. Çünki Fransa bunu yalnız Ermənistana etmir. Fransa Azərbaycanın pulu olduğunu, Türkiyə ilə əməkdaşlıq içərisində silahlandığını deyir. Xeyr, Azərbaycan silahlanmır, öz haqqını, hüququnu qorumaq üçün çəkindirmək məqsədilə bunu edir. Bizim heç kimin torpağında gözümüz yoxdur, heç kimin suverenliyinə, müstəqilliyinə qarşı deyilik. Amma əsas demək istədiyimiz budur ki, öz haqq və mənfəətlərimizi qoruyacağıq, hər hansı formada torpaqlarımızın bir qarışında belə gözü olanın gözünü çıxaracağıq. Buna heç kimin şübhəsi olmasın. Bunun üçün çalışırıq. Biz deyirik ki, Ermənistan gözünü, qulağını açmalıdır. Qərbin Ermənistana geyindirmək istədikləri bir proksi dövlət paltarı var. Ermənistan buna imkan verməməlidir. Erməni xalqının və Ermənistanın gələcəyi baxımından bu mütləqdir. Bunu görməlidirlər. Qərb də hər hansı formada belə yanlış siyasətə davam etsə, bir anda özlərini bu yanğının içində görəcəklər. Məqsədimiz yanğını söndürmək, sülhü və sabitliyi təmin etmək, hər kəsin haqqını, hüququnu müdafiə etmək, bölgədə təhlükəsizlik içərisində yaşamaqdır. Türkiyə və Azərbaycan hazırdır. Ermənistan bu fürsəti qaçırmamalı, Azərbaycanın sülh üçün uzatdığı əli tutmalı, Qərbin təhrik və təşviqi ilə səhv yola düşməməli, özlərini olduqlarından fərqli görməməlidir. Dediyim kimi, artıq keçmiş vaxtlar deyil. Burada bir Azərbaycan, Türkiyə var. İki dövlət tək millət və ehtiyac olarsa, tək Ordu kimi bunlara qarşı cavab verməyə hazırıq”.

Previous Post

Ermənistanda bütün xaçkarlar sökülür – Səbəb

Next Post

Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Bənzər yazılar

Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq

Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq

14 Noyabr 2026 - 10:50

Qazaxıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin daha da gücləndirilməsinə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Elchi.az...

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32

Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Maykl Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin...

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

13 Noyabr 2026 - 18:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. Elchi.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham...

Next Post
Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.