«Ailə qurmayacam»

🗓 25.09.2014 23:49 ✍️ "Elçi" qəzeti

Teleaparıcı Kəmalə Piriyevanın Milli.Az-a müsahibəsi.1618546_721146231242870_2030492875_n - Kəmalə xanım, aparıcısı olduğunuz “Piknik” verilişi bu mövsümlük başa çatdı. Digər verilişlər tətildən qayıdıb yeni mövsümə başlayır, siz isə əksinə, mövsümə indi xitam verirsiniz. Bu tərs mütənasiblik nə ilə əlaqədardır? - Bu mövsüm kifayət qədər işlədik. Çəkilişlərimiz çox oldu. Tətilə məhz indi çıxmağımıza elə də bir səbəb yoxdur. Lakin deyə bilərəm ki, verilişin formatı da buna qismən təsir etdi. - Son zamanlar xəbər portallarında şəkilləriniz paylaşıldı və açıq-saçıq adıyla təqdim olundu. Buna münasibətiniz necədir? - Bu mənim üçün anlaşılmaz haldır. Yazırlar ki, teleaparıcının ayağı göründü, belə dayandı və s. Burada qeyri-normal nə var ki? Mən həmişə öz geyim tərzimi bilmişəm. Həddindən artıq açıq-saçıq geyimlərdən istifadə etməmişəm. Kimin üçünsə qısa görünə bilər, mənim üçün normaldır. - Efirdən kənarda necə geyinirsiniz bəs? - Sərbəst geyinirəm. Mən rahat olmağımı istəyirəm, heç kim mənim geyimimə müdaxilə edə bilməz. Necə ki, mən heç kimin geyiminə, şəxsi həyatına qarışmıram. - Şəxsi həyatdan söz düşmüşkən, hələ də subaylıqdır? Bir müddət əvvəl heç vaxt ailə qurmayacağınızı demişdiniz. Bu qərarınız qüvvədən düşməyib ki? - Xeyr, düşməyib. Qərarımda qətiyəm. - Ümumiyyətlə, həyatınızda “havalar” necədir? - Hal-hazırda həyatımda bir “qasırğa” qopmaqdadır. - Bu nə ilə əlaqədardır? Bəlkə, depressiyadasınız?.. - Depressiyaya düşdüyüm məqamlar olur. Amma özüm-özümü vəziyyətdən çıxartmağı bacarıram. - Bunu necə bacarırsınız? - Tənhalığa çəkilməklə, şəhərdən uzaqlaşmaqla. - Həm tanınmış adamsınız, həm də gözəl və cazibədar… Maraqlıdır, yolda getdiyiniz zaman arxanızca düşüb, söz atmaq istəyənlər olur? - Bəlkə də buna cəhd etmək istəyənlər olub, amma mənim auram, davranışlarım, bəlkə də onları qorxudur (gülür). - Ümumiyyətlə, sizcə, gözəlliyinizlə kişi nəzərini özünüzə «darta» bilirsiniz? - Bu ifadə çox səslənsə də, deyəcəm. Mən tam səmimi deyirəm ki, özümü gözəl hesab etmirəm. Sadəcə olaraq, “şirinliyim” var, bəlkə, ona görə diqqətləri tez öz üzərimə çəkirəm. - “Sonuncu fəsil” serialı da sizin üçün kifayət qədər uğurlu oldu. Çəkilişlər davam edir? - Bəli, özümü aktrisa kimi də sınadım. Tamaşaçıların da rəyinə əsasən demək olar ki, işimin öhdəsindən gələ bildim (gülür). - Aktrisalıq qabiliyyətinizi serialdan savayı harada sınamısınız? - Dövlət Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında əsas rollardan birini oynamışam. Görək də, xeyirlisi, yəqin, axırıncı yox, axarıncı olar… (gülür).

Bənzər yazılar