Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Norveçin baş naziri Jonas Qahr Store Brüsseldə keçirilən Aİ-Norveç Yaşıl Alyansının imzalanma mərasimində açıqlama veriblər.
Elchi.az xəbər verir ki, Von der Leyen “yaşıl ittifaq”ın çox iddialı, yüksək səviyyəli iqlim və enerji tərəfdaşlığı olduğuna diqqət çəkərək, bunun Aİ-nin bir Avropa ölkəsi ilə ilk “yaşıl ittifaq”ı olduğunu vurğuladı.
Von der Leyen “yaşıl ittifaq”la Aİ və Norveçin sıx əməkdaşlığında yeni dövrə qədəm qoyduğunu, iqlim dəyişikliyi, təmiz enerji, sənaye transformasiyası və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyini bildirib.
“Biz karbonun tutulması və saxlanması üzrə birgə işimizi genişləndirəcəyik”,-deyə fon der Leyen bildirib.
Aİ və Norveçin təmiz hidrogen sahəsində işləri sürətləndirəcəklərini qeyd edən fon der Leyen dənizdə külək enerjisi istehsalının artırılmasının da onların ümumi məqsədi olduğunu bildirib.
Von der Leyen qeyd edib ki, Norveç xüsusilə keçən il enerji böhranı zamanı Avropaya göndərişləri artırmaqla öz dostluğunu nümayiş etdirib.
Yeganə