Aİ Şurası Belarusa qarşı sanksiyaların müddətini 1 il uzadıb

77

Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin bir il müddətinə uzadılması barədə qərar qəbul edib.

Elchi.az xəbər verir ki, açıqlamada qeyd edildiyi kimi, qərar illik araşdırma əsasında qəbul edilib.

Belarusda daxili vəziyyətin davam edən ciddiliyi, o cümlədən, Rusiyanın Ukraynaya qarşı müharibəsində Belarusun iştirakının davam etməsi sanksiyaların müddətinin uzadılmasının əsas səbəbidir.

Artıq 2024-cü ilə qədər tətbiq olunacaq məhdudlaşdırıcı tədbirlər müəyyənləşib. Hazırda siyahıda 195 nəfər, o cümlədən, Belarus prezidenti Aleksandr Lukaşenko və 34 təşkilat var. Maliyyə, ticarət, ikili təyinatlı mallar, texnologiya və telekommunikasiya, enerji, nəqliyyat və digər sektorlara məhdudiyyətlər də daxil olmaqla, məqsədyönlü iqtisadi sanksiyalar davam edir.

Yeganə