Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı (Aİ) yaxın aylarda Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
“Aİ-nin sanksiyaları Rusiyaya artıq baha başa gəlib və ölkənin hərbi maşınını 1 trilyon avrodan çox vəsaitdən məhrum edib, payızda isə mən müharibə başlayandan bəri ən genişmiqyaslı sanksiyalar paketini təqdim edəcəyəm.”
Bu tədbirlərin qəbulundan sonra sanksiya tətbiq edilən Rusiya qurumlarının ümumi sayı dərhal üçdə bir nisbətində artacaq. Moskva müharibəyə son qoyana qədər təzyiqlər artırılmaqda davam etməlidir”, – deyə o bildirib.
Kallas yeni sanksiyalar paketinin vaxtı və ya təfərrüatları barədə ətraflı məlumat verməyib.
İyul ayında Avropa İttifaqı Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyərək, ölkənin bank sektoru və kriptovalyuta şəbəkələrinə məhdudiyyətlər tətbiq etmişdi.
Yeganə




















