Avropa İttifaqının (Aİ) liderləri Rusiyanın dondurulmuş vəsaitlərinin bir hissəsini, ilk növbədə onlardan əldə olunan gəlirləri istifadə etməyə razılaşıblar. Elchi.az TASS-a ixəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
“Liderlər dondurulmuş Rusiya aktivlərinin bir hissəsini, ilk növbədə onlardan əldə olunan gəlirləri Ukraynaya dəstək üçün istifadə etməyə razılaşıblar. Sammit təsdiq edib ki, Ukraynaya yardım Avropa İttifaqının prioriteti olaraq qalır”, – Mileş bildirib.
O, həmçinin qeyd edib ki, sammit zamanı büdcənin yekunlaşdırılması ilə bağlı müzakirə aparılıb. Bu, Kiyevə dörd il müddətinə 50 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına aiddir.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa Komissiyası Avropa büdcəsində nəzərdə tutulan artımın faktiki həcmini qeyd etməməklə Aİ ölkələrini çaşdırıb. O qeyd edib ki, Brüsselin büdcə təklifi yarımçıqdır və ciddi müzakirə üçün yararsızdır.
Havar Şəfiyeva