Aİ ittifaqın bu ilin martında Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini tanıyıb-tanımayacağını əvvəlcədən söyləməyə hazır deyil. Elchi.az “Reuters” a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi nümayəndəsi Piter Stano bildirib.
“Biz həqiqətən nə baş verdiyini görməliyik, biz seçkiləri tanıyıb-tanımayacağımızı əvvəlcədən proqnozlaşdıra bilmərik”, – deyə rəsmi cavab verib və Aİ-nin Rusiyanın yeni ərazilərində seçkilərin nəticələrini mütləq tanımayacağını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi ATƏT müşahidəçilərini prezident seçkilərinə dəvət etməkdən imtina etməsini izah edib. Səbəb kimi siyasi qərəz və təşkilatın qeyri-adekvat tələbləri göstərilib.
Havar Şəfiyeva