Aİ Qazaxıstan, BƏƏ və Türkiyəyə təzyiq göstərəcək

74

Avropa İttifaqının (Aİ) hakimiyyəti üçüncü ölkələrə, o cümlədən Mərkəzi Asiya dövlətlərinə sanksiyalar altında olan bir sıra kateqoriyalı malların Rusiyaya təkrar ixracını tamamilə dayandırmaq üçün təzyiq göstərməyi planlaşdırır.

Elchi.az “Bloomberg”-ə istinadən xəbər verir ki, söhbət yüksək texnologiyalı məhsul və avadanlıqlardan da gedir.

“Xüsusilə, mövcud beynəlxalq sanksiyalara baxmayaraq, Aİ və G7 ölkələrindən Rusiyaya yarımkeçiricilər, inteqral sxemlər və digər texnologiyaların tədarükünün kəskin artması Avropa hakimiyyətini narahat edirdi. Bu hallarda əsas təkrar ixracatçılar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan və Şərqi Avropa və Mərkəzi Asiyanın yarım onlarla digər iqtisadiyyatlarıdır”,-deyə mənbədə qeyd olunub.

Yeganə