Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqinin “əhəmiyyətli diplomatik uğur” və “real fürsət” olduğunu bildirərək, Aİ-nin onu dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb.
Elchi.az xəbər verir ki, Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqindən sonra Kallas ABŞ mərkəzli X şirkətinin sosial media platformasında açıqlama verib.
Bunun əhəmiyyətli bir irəliləyiş olduğunu qeyd edən Kallas, “Bu, mühüm diplomatik uğur və dağıdıcı müharibəni bitirmək və bütün məhbusları azad etmək üçün real fürsətdir” dedi.
Kallas təsdiqləyib ki, Aİ sazişin həyata keçirilməsinə dəstək vermək üçün əlindən gələni edəcək.
Qəzzada atəşkəs planı
ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb. Tramp bu razılaşmanın bütün məhbusları azad edəcəyini və İsrailin əvvəllər müəyyən edilmiş xəttə çəkiləcəyini bildirib.
Şayəstə Hüseynova





















