Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın beynəlxalq sularda vurduğu qayıqdakı şəxslərin işarələrə görə Kolumbiya vətəndaşları olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Amerikanın X şirkətinin sosial media platformasındakı paylaşımında Petro, ABŞ-ın müdafiə naziri Pit Heqsetin beynəlxalq sularda narkotik daşıdığını söylədiyi qayığın vurulması ilə bağlı açıqlamasına istinad edib.
Prezident Petro, “Hazırda Avropa hökumətləri ilə görüşdəyəm və onlara eyni şeyi deyəcəyəm. Yeni bir müharibə cəbhəsi açıldı: Karib hövzəsi. İşarələr bombalanan sonuncu sürətli qayığın Kolumbiya olduğunu və göyərtəsində Kolumbiya vətəndaşlarının olduğunu göstərir. Ümid edirəm ki, onların ailələri önə çıxıb vəziyyəti xəbər verəcəklər”.
Adları çəkilmədən ABŞ rəhbərliyinin Karib dənizi bölgəsindəki hərbi fəaliyyətlərini tənqid edən Petro, “Bu, qaçaqmalçılıqla mübarizə deyil; bu, neft uğrunda bir müharibədir və dünya tərəfindən dayandırılmalıdır. Bu hücum bütün Latın Amerikası və Karib hövzəsinə yönəlib” deyib.
Şayəstə Hüseynova





















