Polşa da daxil olmaqla bir sıra Avropa İttifaqı (Aİ) ölkələri F-16 qırıcıları üzərində işləmək üçün ukraynalı pilotlara təlim keçməyə başlayıb.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Aİ müdafiə nazirlərinin görüşünə gələrkən Aİ diplomatiyasının rəhbəri Cozep Borrell bildirib.
Borrel sözügedən təlimlər barədə qeyd edib:
“Avropa İttifaqında aparılan müzakirələr həmişə öz məqsədinə çatır deyən. Əvvəlcə hamı tanklara son dərəcə şübhə ilə yanaşırdı, biz buna qərar verdik, sonra təyyarələrdə də belə oldu. Zamanla biz Ukraynaya silah tədarükü ilə bağlı bütün problemləri həll edəcəyik”.
Borrell həmçinin bildirib ki, o, Ukraynanın tezliklə F-16 qırıcılarını alacağını gözləyir. O, Ukraynaya müdafiə təchizatının maliyyələşdirilməsi mövzusunu da vurğulayaraq söyləyib ki, Aİ ölkələri Kiyevə ötürülən silah və sursatları kompensasiya etmək üçün Brüsselə 10 milyard avroluq faktura təqdim edib.
Bundan əlavə, Borrell qeyd edib ki, Danimarka Avropa Müdafiə Agentliyinin işinə qoşulub. Belə ki, onun nümayəndələri ilk dəfə olaraq agentliyin rəhbər şurasının iclasında iştirak edəcəklər.
Yeganə