Avropa İttifaqı (Aİ) ölkələri meşə sahələrinə ziyan vurmaqla istehsal olunan soya, mal əti, palma yağı, ağac, kakao və qəhvə kimi müxtəlif məhsulları idxal etməmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və Avropa Yaşıl Saziş çərçivəsində meşələrin qırılmasının azaldılmasına hazırlanan qanunla razılaşdıqlarını açıqladı.
Buna uyğun olaraq, AB bazarlarında satılan məhsulların meşələrin qırılmasına səbəb olmaması təmin ediləcək.
Aİ ölkələrində palma yağı, mal əti, ağac, qəhvə, kakao, rezin və soya kimi məhsullar, o cümlədən şokolad, mebel və kağız meşələrin qırılmasına töhfə verməməlidir.
Sözügedən məhsulları Aİ bazarına tədarük edənlərin lazımi araşdırma aparmasını təmin etmək üçün ciddi qaydalar tətbiq olunacaq.
İki il ərzində məhsulun əhatə dairəsini genişləndirmək üçün qiymətləndirmə aparılacaq.
Yalnız 2020-ci ildən sonra meşələrin qırılmasına və ya qırılmasına məruz qalmayan torpaqlarda istehsal olunan məhsulların Aİ bazarına daxil olmasına icazə veriləcək.
Aİ bu məhsulları istehsal edən ölkələri “aşağı”, “normal” və “yüksək risk” kimi təsnif edəcək.
Risk kateqoriyası səlahiyyətli orqanlar üçün yoxlama və nəzarət həyata keçirmək üçün xüsusi öhdəliyin səviyyəsini müəyyən edəcək. Beləliklə, yüksək riskli ölkələrin məhsullarına daha ciddi nəzarət ediləcək.
Müəyyən edilmiş qaydalara əməl etməyən şirkətlər Aİ ölkəsində illik dövriyyəsinin 4 faizinə qədər cərimələnəcəklər.
Sözügedən tənzimləmə AP və üzv dövlətlərin rəsmi təsdiqindən sonra AB-nin rəsmi jurnalında dərc olunmaqla qüvvəyə minəcək.
Şayəstə