“Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan tərəfinin saxlanılan 10 erməni hərbçini evə qaytarmasına görə şadam”.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.
Toivo Klaar qeyd edib ki, bu, humanitar məsələlərin həlli prosesində Azərbaycan tərəfindən vacib bir jestdir: “Avropa İttifaqı Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Aİ Şurasının prezidenti arasında uğurlu görüşlərə əsaslanaraq hər iki ölkə ilə işləməyə davam edəcək”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...





















Son şərhlər