Avropa İttifaqının (Aİ) “Aspides” adlı dəniz missiyası fevralın 17-də Qırmızı dənizdə başlayacaq.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel Aİ-nin müdafiə qurumları rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı bildirib.
O, Aİ ölkələrinin hamısının həmin missiyada iştirak etməyəcəyini qeyd edib və bildirib ki, ölkələrin heç biri bu qərara müdaxilə etməyəcək.
“Biz artıq fevralın 17-də başlaya biləcəyik, lakin onun qərargahının və komandanlığının yeri ilə bağlı qərar verməliyik. Biz artıq missiyaya “Aspides” adını vermişik. Bu, müdafiəçi deməkdir, onu aspidlə qarışdırmaq olmaz”, – deyə Borrel bildirib.
Yeganə