EN RU

Ağdamda qəbir qazılarkən Birinci Qarabağ müharibəsindən qalan sursat tapıldı

Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında əraziyə ANAMA-nın əməliyyat qrupu cəlb olunub. Keçirilən baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib. Tapıntı Agentliyin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib və ərazinin təhlükəsizliyi təmin olunub.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalarla qarşılaşdıqda dərhal “805”, “102” və ya “112” qaynar xətlərinə məlumat verməyə çağırır.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com